Ens.az
12 dekabr 2019, cümə axşamı
.
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Şahin Cavadzadə Yaşar oğlu

Doğum tarixi : 1994 Vəfat tarixi: 2 aprel 2016

630 Baxış
Şahin Cavadzadə Yaşar oğlu

Şahin Yaşar oğlu Cavadzadə (d. 1994; Beyləqan, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Şahin Cavadzadə 1994-ci ildə Beyləqan rayonunun Bolsulu kəndində anadan olub.

Hərbi xidməti

Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 10-u isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cavadzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İlk kibrit qutularından biri
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X