Slimfit
  1. ELM

Cazibə dalğasını təsbit edə bilən lazer yaradıldı

Cazibə dalğasını təsbit edə bilən lazer yaradıldı
Sakura

Cazibə dalğasını təsbit edə bilən lazer yaradıldı

Alimlər cazibə dalğalarını təsbit edə biləcək yeni lazer kəşf ediblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ABŞ-da yerləşən "LİGO" təsislərində və İtaliyadakı "Virgo" təsislərində yerləşdirilən radarlarla cazibə dalğalarını bu şəkildə təsbit etməyə çalışırlar. Ultra həssas lazer üçün "Avropa Kosmos Agentliyi" (ESA) və NASA birlikdə araşdırma aparırlar. Bu ortaq layihə "LİSA" (Laser İnterferometry Space Antenna) olaraq adlandırılıb. Layihədə ultra həssas lazer üçün 3 lazer yayıcı istifadə ediləcək. Bir-birindən uzaqda qurulacaq bu yayıcılar lazer yayaraq bir lazer səthi əmələ gətirəcəklər. Cazibə dalğası bu səthdən keçdiyi zaman səth dəyişəcək və nəticədə dalğalar təsbit edilmiş olacaq.

Artıq İsveçrə Elektronika və Mikrotexnologiya Mərkəzi (CSEM) araşdırmaçıları ESA və NASA tərəfindən müəyyən edilən ehriyacları qarşılayan bir prototip sistem yaradıblar. Prototip özəl bit test stansiyasından sınaqdan keçirilib və çatışmazlıqlar aşkar edilib. Prototiplə bağlı detallı məlumatlar 29 sentyabr - 3 oktyabr aralığında keçiriləcək "Lazer Konqresi 2019"da açıqlanacaq.

Qeyd edək ki, hal-hazırda alimlər üçün cazibə qüvvəsi dalğalarını müəyyən etmək asan deyil. Mövcud olan lazer sistemləri ilə bunu etmək üçün qara dəliklərin toqquşması kimi böyük bir kosmik hadisənin baş verməsi lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR