Slimfit
  1. MƏDƏNİYYƏT

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub
Sakura

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən "Report"a verilən xəbərə görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub. 

Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxucuların marağı ilə qarşılanıb.

Qeyd olunub ki, Türkiyənin “Sabah” qəzetinin iyul ayının “Kitab” əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumatda Cəfər Cabbarlının “Hekayələr” kitabı öz əksini tapıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR