Slimfit
  1. BİOQRAFİYA

Cek London

Cek London
Sakura

Cek London — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi

Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar, 1876 - 22 noyabr, 1916) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi. Cek Londonun anası Flora Wellman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən William Chaney isə astroloq idi. San Fransisko Chronicle qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Wellman Chaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşağ baxmaq üçün Virciniya Prentisə verilir. Virciniya Londonun həyatında başlıca anası olaraq qalacaqdır. Həmin ilin sonlarına doğru Flora Wellman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir. 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən William Chaneyə bir məktub yazdı. Chaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Chaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdir.

Həyatı

Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.

Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda ağrıkəsici qəbul edir.

Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.

Gənclik illəri

Cek London San Fransiskoda anadan oldu. Doğulduğu ev 1906-cı ildə San Fransisko zəlzələsi zamanı çıxan yanğın nəticəsində külə döndü.Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir. London işçi ailəsindən gəlirdi. Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdir. 1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxudu. Bu romandakı obraz ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı.

London 1889-cu ildə Hicmott konserv fabrikində gündə 12-18 saat işləməyə başladı. Bu ağır iş şəraitində canını qurtarmaq üçün borc pul ilə qayıq alaraq dənizçiliyə başladı. 1893-cü ildə Yaponiya sahillərində suiti ovlamaq üçün səfərə çıxan dənizçilərə qoşuldu. Qayıtdıqdan sonra bir elektrik stansiyasında yenidən ağır şəraitdə işləməyə başladı. Bundan sonra işi buraxdı və Kelly-nin ordusuna qoşuldu. Beləliklə işsiz avarə həyat tərzi başlamış oldu.


London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə yazıldı. Burda "Aegis" məktəb jurnalında bəzi yazıları nəşr edildi. Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1899-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi. Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi.


Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və bir gün çox ağrıyır və həddindən artıq ağrıkəsici qəbul edir. Cek London 1916-cı il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.Onun bütün romanları xalq tərəfindən sevilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR