Slimfit
  1. BİOQRAFİYA

Cəmal Qaşıqçı

Cəmal Qaşıqçı
Sakura

Cəmal Qaşıqçı - Səudiyyə jurnalisti, yazıçısı.

Cəmal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Cəmal Xaşuqci (ərəb. جمال خاشقجي‎‎; 13 oktyabr 1958MədinəSəudiyyə Ərəbistanı – 2 oktyabr 2018Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuİstanbulİstanbul ili) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var.

 

Həyatı və təhsili

Cəmal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi. Orta məktəbi Səudiyyədə bitirən Cəmal Xaşuqci ali təhsil almaq üçün İndiana Dövlət Universitetinə daxil olur. 1982-ci ildə təhsilini bitirdikdən sonra isə vətənə geri dönür.

 

Fəaliyyəti

1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib. 1987-1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının Arab News ingilis dilli qazetində yazı işləri üzrə müdir müavini olaraq fəaliyyət göstərib. Bundan sonra isə 2 ay Əl Vətən qazetində redaksiya müdiri olaraq fəaliyyət göstərən Xaşuqci Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarıldı. Buna görə ölkəni tərk edərək Londonda səfir olan Şahzadə Türki Əl Fəysəl Əl Səudun məsləhətçisi olaraq fəaliyyət göstərir.

2007-ci ilin aprel ayında ikinci dəfə Əl Vətən qazetinin redaksiya müdiri təyin olunur. 2010-cu ilin may ayında yenidən yazdığı tənqidi məqaləyə görə vəzifəsindən istefa vermək məcburiyyətində qalır.

2010-cu ildə Əl Vətən qazetindən istefa verdikdən sonra Əl-Valid bin Talal tərəfindən Bəhreyndə yerləşən Al-Arab News Channel kanalına baş redaktor təyin olundu. Bundan başqa BBC və Əl Cəzirə kimi kanallarda siyasi şərhçi kimi çıxışlar edir.

2016-cı ilin dekabr ayında Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilir. Məcburiyyətdən ölkəni tərk edir və 2017-ci ilin sentyabr ayından ABŞ-da yaşamağa başlayır. Burada o, Vaşinqton Post qazetində jurnalist olaraq fəaliyyət göstərir. Vaşinqton Post qazetindəki yazılarında o Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanı daha çox tənqid etməyə başlayır.

 

İtkin düşməsi

2 oktyabr 2018-ci ildə Cəmal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna gedir. O buradan nikah üçün sənədlər almalı idi. Nişanlısı Xədicə Çingizə isə konsulluğa daxil olmağa icazə vermirlər. O, Xaşuqcini gecə yarısına qədər gözləyir lakin o konsulluqdan çıxmır. Günlərlə jurnalistin harda olması ilə bağlı dəqiq bir məlumat alınmır. Səudiyyət rəsmiləri onun konsulluqdan çıxmasını iddia etsələr də Türkiyə rəsmiləri onun konsulluqdan çıxmadığını elə orada itkin düşməsini bildiriblər.

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın mövzu ilə bağlı 3 oktyabrda verdiyi açıqlamada, əldə olan məlumatlara görə, Cəmal Xaşuqcinin hələ də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda olduğunu bildirmişdi.

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Ankara səfiri Vəlid bin Əbdülkərim əl-Hireyci oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər naziri müavini Yavuz Səlim Sına görüş zamanı səfir V.Hireycidən səudiyyəli jurnalistin aqibətini soruşub. O deyib:

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu konsulluq binasına girib-çıxdıqdan sonra jurnalist Cəmal Qaşıqçı itkin düşüb. Həqiqətin ortaya çıxarılması üçün Türkiyə rəsmilərilə birlikdə çalışılır.

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR