Slimfit
  1. AVTO VƏ MOTO

CHANGAN AUTOMOBILE GROUP

CHANGAN AUTOMOBILE GROUP
Sakura

CHANGAN AUTOMOBILE GROUP HAQQINDA

Changan Automobile Group ("böcək" kimi tərcümə olunur), həmçinin, CHANA kimi tanınan Çin avtomobil şirkətidir. Çinin ən böyük 20 istehsalçısı arasında üçüncü ən böyük avtomobil şirkətidir.

TARİXİ

Şirkət 1862-ci ildə Çuntsin şəhərində kiçik bir maşınqayırma fabriki kimi yaradılmışdır.

Changan nümayəndələri, Li Hunçjan-ın 1862-ci ildə Shanghai Foreign Gun Bureau-nu qurduğu zamanı iddia edirlər. İndi isə iki şirkətin bir-birinə bağlı olmağına dair qəti sübutlar yoxdur, lakin, ola bilər ki, XIX əsrdə yaradılan şirkət, həqiqətən, bugünkü Changan Automobile-nin yaranmasına təsir edib.

1949-cu ildən sonra Çində inqilab baş verdi, zavod dövlət mülkiyyətinə çevrildi.

1958-ci ildən 1962-ci ilədək, Changan dövlət zavodunda, Yantsızı çayının şərəfinə adlandırılmış brend altında satılan yığcam hərbi yolsuzluqları yığılmışdır.

1983-cü ildə Yaponiyanın Suzuki Motors şirkəti ilə birgə müəssisə yaradıldı. Əvvəl, Changan, Suzuki lisenziyası əsasında yığcam kommersiya yük maşınlarını yığır, 1993-cü ildə isə birgə müəssisə yaradılır, hansı ki, onun çərçivəsində Suzuki Alto və Suzuki Cultus istehsal edilir.

1995-ci ildə şirkət səhmdar cəmiyyətinə çevrildi və Changan Automobile Group adını aldı. Model çeşidinin əsasını Suzuki markasının minik modelləri təşkil edirdi.

2001-ci ildə Changan Automobile Group Ford Motor ilə birgə müəssisə təşkil edir. İki il sonra Changan Ford Fiesta istehsal olunur. 2003-cü ildə 20 min ədəd model istehsal edilmişdir. 2004-cü ildən Mondeo və Escape modelləri yığılır.

2002-ci ildə Changan öz İnkişaf və İnnovasiya Mərkəzini yaradır. Bu, 2006-cı ildə dövlət səviyyəsində tanınan Mühəndis avtomobil institutudur.

2005-ci ildə Çuntsin şəhərindəki Changan zavodu Ford Focus-u yığmağa başlayacağını elan edir, Ford, Changan Automotive Group birgə müəssisəsinə Mazda da qoşularaq, Changan Ford Mazda Engine şirkətini yaradır.

Changan və Suzuki arasında əməkdaşlıq səmərəli oldu: 2010-cu ilin sonuna qədər bütün Çində 1000 avtomobil salonu tikildi. Bir il sonra şirkətlər Cuntsində ikinci avtomobil yığma zavodu tikməyi planlaşdırdılar. Onun tikintisi 2012-ci ildə başlandı.

2018-ci ilin avqust ayında şirkət yenilənmiş Changan CS55 krossoverini təqdim etdi. 2019 model ili Changan CS55 1.5 litrlik 156 at gücünə malik olan turbo mühərriki ilə təchiz olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR