Slimfit
  1. MARAQLI

Çin restoranı sinə ölçüsündən asılı olaraq endirimlər təklif edir

Çin restoranı sinə ölçüsündən asılı olaraq endirimlər təklif edir
Sakura

Siz böyük ölçülü sinəsi olanlara yüksək endirimlər edən restorana gedərdinizmi?

Xançjou çin şəhərinin kənarında yerləşən Trendy Shrimp restoranında bunun çoxlarını maraqlandıracağını fikirləşdilər. Avqust ayının 1-dən buraya bunu nümayiş etdirən banner yerləşdirdilər. Bu bannerdə ziyarət edən qızların hansı endirimi əldə edəcəyi haqda məlumat əks olunub. Ən böyük ölçülü sinəyə sahib olanlara 65, ən kiçiklərinə isə 5 faiz endirim təklif olunur.

Digər oxşar hadisələrdəki kimi restoran ictimai qınağa səbəb olub. Müdriyyətə daxil olan şikayətlərin içərisində daha çox “vulqar reklam” və “cinsi ayrıseçkilik” cümlələri işlədilird. Maraqlıdır ki, sinəsi böyük olan kişilərə endirim təklif olunmur.

Buna baxmayaraq restoranın rəhbəri Lyan Şeqqan özünün ticarət strategiyasını müdafiə edərək qeyd edib ki, “aksiyanın başlamasından ziyarətçilərin sayı 20% artıb”. Ölçməni ancaq qadın ofisiantları həyata keçirir.

Qeyd edək ki, Trendy Shrimp qəribə endirimlər edən ilk çin restoranı deyil. Məs: bir neçə il əvvəl Çunçin şəhərindəki restoran qonağın çəkisindən asılı olaraq yeməyi qiymətləndirirdi. 140kq-dan artıq çəkili qonaqlara yemək bir neçə qəpiyə başa gəlirdi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR