Slimfit
  1. DÜNYA

Çin Rusiya neftini almaqdan imtina etdi

Çin Rusiya neftini almaqdan imtina etdi
Sakura

Çin Rusiya neftini almaqdan imtina etdi

Çinin gömrük orqanları istehlakçılara çirklənmiş Rusiya neftini almağı qadağan edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi öz mənbələrinə istinadən yayıb. Bildirilir ki, yeni qərar nəticəsində Rusiyanın 500 milyon dollar dəyərində olan çirkli nefti alıcısız qalıb.

Çində istehlakçılar çirkli Rusiya neftini almaqdan imtina etməklə bərabər, treyder olan “Vitol” şirkətini Avropaya göndərməyə məcbur ediblər.

Qeyd olunur ki, bazarda qara qızılın qiymətinin 65 dollar olmasına baxmayaraq, Rusiya çirkli neftin bir barrelini 10-20 dollara təklif edir. Bunun sayəsində Moskvanın əlində olan çirkli neftin böyük hissəsini (800 min ton) Çin və Hindistanın alacağına ümid etdiyini, amma bu ümidlərin doğrulmadığı vurğulanır.

Qeyd edək ki, indiyə qədər Çin Rusiyanın iki milyon barrel çirkli neftini alıb. Çin şirkəti bu nefti aprelin əvvəlində əldə edib. Avropada isə çirklənmiş Rusiya neftinin alıcıları İspaniyanın “Repsol”, İsveçin “Preem” və Finlandiyanın “Neste Oil” şirkətləri olublar.

Nəşr qeyd edir ki, onlar ümumilikdə Rusiyadan 600 min ton çirklənmiş neft alıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR