Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb

Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
Sakura

Bu tədris ilindən etibarən 10 çinli gənc Azərbaycan dilini ixtisas kimi öyrənəcək

Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu tədris ilindən etibarən bakalavr təhsil pilləsi üzrə 10 çinli gənc Azərbaycan dilini ixtisas kimi öyrənəcək. 2018-2019-cu tədris ilinin başlanması münasibəti ilə keçirilən açılış mərasimində universitetin rektoru Pen Lon bildirib ki, 90-dan çox xarici dilin tədris olunduğu PXDU-da bu ildən 10-a yaxın yeni dil, o cümlədən Azərbaycan dili ixtisas kimi tədris olunacaq.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan dili ixtisası üzrə universitetə qəbul olunan gənclərlə görüşərək, onların gələcəkdə iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa töhfə verəcəklərinə əminliyini bildirib. Diplomat dövlətimizin Azərbaycan dilinin tədrisi ilə bağlı universitetə hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, PXDU-da Azərbaycan dilinin ikinci dil kimi tədrisinə ötən ilin ikinci semestrdən başlanılıb. Ötən müddətdə 42 tələbə Azərbaycan dili dərslərində iştirak edib.

Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri mövcuddur. Cari ilin aprelində universitetin rektoru Pen Lonun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, müəllim və tələbə mübadiləsinin təşkili, birgə kadr hazırlığı məsələlərini müzakirə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR