1 aprel 2020, çərşənbə
.
.
chevron_left chevron_right
GÜNDƏM

Çindən gələn poçt bağlamalarla virus yayıla bilərmi?

Epidemioloq ölümcül virusun Çindən poçt bağlamaları ilə yayılması barədə danışıb

685 Baxış
Çindən gələn poçt bağlamalarla virus yayıla bilərmi?

Ens.az xəbər verir ki, tibb alimlərinin rəsmi olaraq 2019-nCoV adı verdikləri korona virusuna qarşı peyvənd yaratmaq ən azı bir il çəkəcək və həkimlər indiki mərhələdə çıxış yolunun infeksiyanın qarşısını almaq olduğunu bildirirlər.

Çində meydana gələn yeni korona virusu xarici mühitdə iki sutkadan artıq mövcud ola bilmir, odur ki, Çindən gələn bağlamalar vasitəsilə ötürülə bilməz. Bu açıqlamanı Rusiya Federasiyanın Milli Epidemiologiya Mərkəzinin aparıcı elmi işçisi Nikolay Malışev verib.

"Virus hər hansı maddənin səthində uzağı bir-iki gün qala bilir. Hazırda isə Çindən və ya başqa ölkədən poçt vasitəsilə bundan tez - yəni bir neçə saat ərzində çatdırılma üsülu mövcud olmadığı üçün hər hansı bir təhlükə yoxdur " - deyib.

Malışev, adı çəkilən virusa qarşı vaksininin hazırlanmasının ən azı bir il çəkəcəyini qeyd edib. Bu, ən nikbin proqnoza görə belədir. Dərmanın yaradılmasına çox vaxt getməyəcək. Belə hallarda əsas vaxt aparan uzunmüddətli və əsaslı sınaqlardır.

Çinlə sərhəddi olan bir sıra qonşu ölkələr korona virusu səbəbiylə bu ölkədən gətirilən müxtəlif mallara, o cümlədən smartfon və digər elektron məhsullara qadağa qoyulmasını müzakirə edirlər.

Xatırladaq ki, korona virusunun qurbanlarının sayı artıq 213 nəfəri keçib. Ümumdünya Səhiyyə Təşkilatı 2019-nCoV-nin yayılmasını qlobal əhəmiyyətli fövqəladə hal kimi rəsmən elan etdi. Bununla əlaqədar olaraq Pekində toy və dəfn mərasimləri və digər kütləvi tədbirlərə qadağa qoyulub.


Müəllif: Fəxri Qocayev


Mənbə: life.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
Ko Pxi Pxi Don, Tailand
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X