Slimfit
  1. TEXNOLOGİYA

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib
Sakura

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə sənayesinin…

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən “bulud” oyunlar, süni intellekt, virtual və əlavə reallıq (VR/AR) kimi mütərəqqi texnologiyaların oyun sənayesinə tətbiqində ixtisaslaşacaq oyunların hazırlanması üzrə birgə laboratoriya yaradılacaq.

Əsas layihələrdən biri yüksəkkeyfiyyətli və ucuz “bulud” oyun həllinin yaradılması üçün “Huawei” şirkətinin “Kunpeng” prosessorunun hesablama gücündən “Tencent GameMatrix” “bulud” oyun platformasında istifadə olacaq.

Bundan başqa, laboratoriya yeni oyun platformalarının yaradılması üçün birgə yeni çip funksiyaları və sazlama alətləri hazırlayacaq, eləcə də süni intellekt, virtual və əlavə reallıq texnologiyalarını tətbiq edəcək.

“Fortune Business Insights” tədqiqat şirkətinin hesabatına görə, 2027-ci ildə dünya “bulud” oyunları bazarının ümumi həcmi 2018-ci ilin 12,5 milyard dollarlıq göstəricisi ilə müqayisədə 56,57 milyard dollara çatacaq.

Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR