Slimfit
  1. KOSMOS

Çinlilər Ayın görünməyən tərəfində qəribə maddə tapdılar

Çinlilər Ayın görünməyən tərəfində qəribə maddə tapdılar
Sakura

Aparat Ayın geoloji quruluşu və qrunt tərkibi barədə məlumatlar toplayacaq, həmçinin bir sıra aşağı…

Çinin "Yutu" ("Nefrit dovşan") roveri Ayın tərs üzündə elmə məlum olmayan maddə aşkarlayıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Daily Mail yayıb.

Maddəni roverin göndərdiyi şəkillərdəki kraterlərin birini araşdırarkən aşkar ediblər. Missiyanın saytında bildiriblər ki, şəkilləri iyulun sonunda əldə ediblər.  

Roverin korpusunda Visible and Near-Infrared Spectrometer (VNIS) spektometri quraşdırılıb, o, maddənin üzərindən əks olunan işığın vasitəsilə maddələrin tərkibini ayırd etməyə imkan verir.

Alimlər hələlik tapıntının tərkibini təyin edə bilməyiblər, ancaq onun "qeyri-adi rəngə" və "geləbənzər struktura" malik olduğunu bildiriblər.

2019-cu ilin yanvarında "Çange-4" aparatı Yerə Ayın tərs üzünün şəkillərini göndərib. Bu şəkillər planetimizin peykinin ən yaxın məsafədən çəkilmiş görüntüləri hesab olunur. Aparat Ayın geoloji quruluşu və qrunt tərkibi barədə məlumatlar toplayacaq, həmçinin bir sıra aşağı tezlikli radioastronomik müşahidələr aparacaq.

Ayın görünməyən tərəfinin mantiyasının ilkin analizləri zamanı alimlər yüksək sıxlıqlı, çox az kalsiuma və yüksək dərəcədə dəmirə malik minerallar - olivinlər və piroksenlər aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu maddələr öncə üst mantiyaya daxil imiş, sonradan isə meteoritlərin düşməsi nəticəsində üzə çıxıb.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR