Slimfit
  1. TEXNOLOGİYA

Coffee Lake-S dəstəkləyəcək 24 ana plata modeli

Coffee Lake-S dəstəkləyəcək 24 ana plata modeli
Sakura

Coffee Lake-S dəstəkləyəcək 24 ana plata modeli

Oktyabr ayında Intel şirkəti 8-ci nəsilə aid olan Coffee Lake-S stolüstü kompüterlər üçün prosessorlar buraxacaq. Intel 300 Series CPU sistem məntiqi dəstinə xüsusi yeniliklər əlavə olunmağı gözlənilmir, ana plata istehsalçılarının işi bu sahədə çox olmayacaq. Xüsusilə Z370 modellərinin yeniliklərə ehtiyacı olmayacaq, çünki alıcılar altı nüvəli Intel prosessoruna üstünlük verir.  

Buna baxmayaraq sistem plataları istehsalçıları şirkətlərinin mühəndisləri bir-birilə hər zaman rəqabət aparır. VideoCardz resursu Intel Z370 çipseti ilə işləyəcək ana plataların siyahısını təqdim edib. Ona 15 ASUS qurğurus, bir MSI və ECS daxildir, həmçinin bura yeddi ASRock sistem platası aiddir.

ASUS:

  • ROG Maximus X Hero;
  • ROG Maximus X Hero (WI-FI AC);
  • ROG Maximus X Apex;
  • ROG Maximus X Code;
  • ROG Maximus X Formula;
  • ROG Strix Z370-G Gaming;
  • ROG Strix Z370-G Gaming (WI-FI AC);
  • ROG Strix Z370-I Gaming;
  • ROG Strix Z370-H Gaming;
  • ROG Strix Z370-F Gaming;
  • ROG Strix Z370-E Gaming;
  • Prime Z370-P;
  • Prime Z370-A;
  • TUF Z370-Plus Gaming;
  • TUF Z370-Pro Gaming;

ASRock:

  • ASRock Z370 Fatal1ty Professional Gaming i7;
  • ASRock Z370 Fatal1ty Gaming K6;
  • ASRock Z370 Extreme4;
  • ASRock Z370 Killer SLI/ac;
  • ASRock Z370 Pro4;
  • ASRock Z370M-ITX/ac;
  • ASRock Z370M Pro4;

MSI Z370 Godlike Gaming;
ECS Z370 Lightsaber.

Bu siyahıda gözlənilməz heç bir şey görə bilmədik. ASUS Republic of Games modellərini inkişaf etdirmək istəyir. Onların siyahısında bir plata – ROG Strix Z370-I Gaming Mini-ITX form-faktorunda hazırlanacaq. Buraya ROG Maximus X Extreme daxil deyil, amma bu platanın digərlərindən sonra satışa çıxacağı mümkündür. Prime ailəsinin modelləri ucuz qiyməti ilə digərlərindən seçiləcək, TUF isə qoruyucu örtüyü və əla monitoru ilə fərqlənəcək.

ASRock, ECS və MSI Z370 əvvəlki ilə eyni adı daşıyır, bircə fərqi yeni çipsetə uyğun adının bir hissəsinin dəyişdirilməsidir. Hazırlanan cihazlarda USB 3.1 (USB 3.0 hesabına) çıxışlarının sayının artırılması gözlənilir. Yeni plata və “kofe” prosessorlarının təqdimatı 10 oktyabr tarixində reallaşacaq.

 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR