Slimfit
  1. DÜNYA

Conson Avropanı "Halk"la hədələdi: Əsəbiləşəndə...

Conson Avropanı "Halk"la hədələdi: Əsəbiləşəndə...
Sakura

Conson Avropanı "Halk"la hədələdi: Əsəbiləşəndə...

İngiltərə əsəbləşdiyində “Halk”a çevrilən Robert Bryus Banner obrazına bənzəyir.

Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Boris Conson deyib.

“Banner qandallanmış ola bilər. Lakin özündən çıxanda qandalları qırıb-atır. Nə qədər əsəbiləşərsə, o qədər də güclənir. Hər nə qədər qandallar sərt olursa-olsun, "Halk" onlardan qurtulmağı bacarıb. Bu vəziyyət ölkə üçün də keçərlidir. 31 oktyabrda Avropa Birliyindən çıxacağıq”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, "Halk" obrazı amerikalı yazar Sten Linin "Marvel" şirkəti üçün yaratdığı mifik-fantastik obrazdır. Filmlərdə baş rol alan Bryus Banner gizli hərbi layihə zamanı baş verən qəza nəticəsində şüalanmaya məruz qalır. Məhz bundan sonra film qəhrəmanı əsəbiləşən, yaxud güclü həyəcan keçirən zaman qorxulu "Halk" adlı bədheybət obraza çevrilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR