Slimfit
  1. TƏBİƏT

Cosmos atrosanguineus – şokolad iylənən çiçək

Cosmos atrosanguineus – şokolad iylənən çiçək
Sakura

Cosmos atrosanguineus – şokolad iylənən çiçək

Qara kosmeya və ya şokoladlı kosmeya yarım metrlik unikal çoxillik bitkidir, qeyri-adi çiçəyi və şokolad aromatı var. Bitkinin çiçəkləri böyük deyil, diametri cəmi 4.5 sm-dir. Onların “şokoladlı” ləçəkləri qəhvəyi rəngdə görünsələr də əslində tünd qırmızı və ya qırmızı-qəhvəyi rəngdə olur. Ləçəklərin sayı 6,8 və ya 10 olur, lakin həmişə cüt olur.

Şokoladlı kosmeyanın ən əvəzedilməz özəlliyi onun ətridir. Bu ev çiçəyi yay dövründə vanilli şokolad iyi verir. Bu xüsusiyyət o qədər cəlbedici olub ki, insanlar kütləvi şəkildə qıraraq məhvə doğru aparıblar. Təbiətdə kosmeya təxumları az rastlandığı üçün onlar demək olar artıq yoxa çıxıb. Bu çiçək hava dəyişkənliyinə, xüsusən də şaxtaya dözümlü olmadığı üçün yabanı ona rast gəlinmir.

Bitki işıqsevər, soyuğa davamlı, torpağa tələbatlı deyil, lakin əsasən boş və qidalarla zəngin torpaqda boy atır.

Şokolad kosmeyası artıq nəsli kəsilməkdə olan bitki hesab edilmir, lakin onun toxumları xaricdə çox baha satılır. Müasir növləri işıqsevər və soyuğa davamlıdır, lakin toprağa olan tələbi hələ də qalıb. Boş və qida ilə zəngin torpaqlarda çiçəklər daha böyük olur və şokolad iyi daha intensiv olur.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR