Slimfit
  1. AZƏRBAYCAN

Dağılan Quba yolu: yenisi fərqli istiqamətdən çəkilir

Dağılan Quba yolu: yenisi fərqli istiqamətdən çəkilir
Sakura

Dağılan Quba yolu: yenisi fərqli istiqamətdən çəkilir

Xüsusilə dağlıq ərazilərdə sürüşmə zonasından keçən yollarda müəyyən dağılmalar, sıradan çıxmalar olur. Bunlar o qədər də böyük problemlər deyil və qısa müddətdə aradan qaldırılır.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı-Quba yolunda aparılan təmir işləri ilə əlaqədar danışarkən bildirib.

A.Nəcəflinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı əsasında hazırda Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunda təmir işlərinı başlanılıb:

“Hazırda Tağıyev qəsəbəsinin çıxışının 45-ci km-indən başlayaraq, 53-cü km-dək olan hissədə mövcud yol yenidən qurulur. Yolun köhnə beton örtüyü artıq sökülüb və yerinə yeni asfalt-beton örtüyü döşənir”.

A.Nəcəfli bildirib ki, yol 53-cü km-dən artıq ayrılaraq Xaçmazın Gəndob qəsəbəsinə qədər dənizkənarı ilə gedəcək:

“Oradan isə Rusiya sərhədinə qədər olan və təmiri aparılan yola birləşdiriləcək. Orada tam olaraq yeni müasir yol yaradılacaq. 1–ci texniki dərəcəyə uyğun olaraq iki gediş, iki gəliş yolu olan, 4 zolaqlı avtomobil yolu qurulur. Bu da sırf Rusiyadan Simal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən əsas yollardan biri hesab olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR