Slimfit
  1. İDMAN

Daha bir türk fantastik qiymətə İngiltərə komandasına transfer olunur

Daha bir türk fantastik qiymətə İngiltərə komandasına transfer olunur
Sakura

İngiltərənin transfer gündəmindən düşməyən “Roma”nın türkiyəli futbolçusu Cengiz Ünder “Aresanal”a keçəcək

İngiltərənin transfer gündəmindən düşməyən “Roma”nın türkiyəli futbolçusu Cengiz Ünder “Aresanal”a keçəcək.

Publika.az xəbər verir ki, 21 yaşlı oyunçu üçün transfer qarşılığında “Roma”ya 60 milyon avro ödənəcək.

Müqavilənin gələn ilin yanvar ayında imzalanacağı gözlənilir.

Qeyd edək ki, Cengiz Ünderin adı daha öncə “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Bavariya” ilə birgə hallanırdı.

Türkiyə millisinin futbolçusu “Roma” forması ilə çıxdığı 14 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Ünder dünyanın ən sürətli turniri kimi qiymətləndirilən İngiltərə Premyer Liqasında çıxış edəcək ilk türk deyil. Hazırda onun həmyerliləri Mesut Özil ("Arsenal"), Cenk Tosun ("Everton"), İlkay Gündoğan ("Mançester Siti") Premyer Liqada çıxış edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR