Slimfit
  1. CƏMİYYƏT

Daha iki məntəqənin nəticələri etibarsız sayıldı

Daha iki məntəqənin nəticələri etibarsız sayıldı
Sakura

Daha iki məntəqənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılır. 

Oxu.Az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova məlumat verib ki, 91 saylı Ucar Seçki Dairəsi üzrə namizəd Əbil Məmmədov quruma şikayət təqdim edib. 

A.Muxtarovanın sözlərinə görə, Ə.Məmmədov dairə üzrə nəticələrin ləğvini tələb edib. 

O bildirib ki, həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

MSK qərara alıb ki, 91 saylı Ucar Seçki Dairəsinin adıçəkilən iki məntəqəsinin nəticələri etibarsız sayılsın. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Ramil Həsəndir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR