Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Damarlar nə üçün tutulur? 7 əsas səbəb

Damarlar nə üçün tutulur? 7 əsas səbəb
Sakura

Damarlar nə üçün tutulur? 7 əsas səbəb

Damarlarda xolesterinin (piyə oxşar maddə) yığılması nəticəsində damarlar daralır, öz elasktikliyini itirir, daha kövrək olur, damarların partlaması, tam tutulması riski artır.

Bu prosess ateroskleroz adlanır. Ateroskleroz uzun illər ərzində simptomsuz, gizli inkişaf edir vəyalnız  damarın bir çox hissəsi (70%-dən artıq) tutulduqda kliniki simptomlar əmələ gəlməyə başlayır. Ürək damarları tutulubsa ürək nahiyəsində ağrılar əmələ gəlir, beyin damarları tutulduqda yaddaşsızlıq, baş gicəllənməsi və s. kimi simptomlar meydana çıxır, ayaq damarları tutulanda insan "səbəbsiz" axsamağa başlayır və s.

Saglamolun.az xəbər verir ki, damarların tutulması infark və insultun əsas səbəbidir.

Bütün bunları nəzərə alaraq hər bir insan bu patoloji halın səbəblərini bilməlidir.

Beləliklə, damarlar nə üçün tutulur?

1. İrsiyyət

Mübadilə proseslərinin xüsusiyyətləri damarların tutulmasını tezləşdirə bilər.

2. Şəkərin həddindən artıq istehlakı

Şəkər damarlarda iltihab yaradır. İltihablaşmış damarda sağlam damarla müqayisədə xolesterin daha tez yığılmağa başlayır.

3. Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz)

Hal hazırda hipotireoz damarların tutulmasının əsas səbəblərinən biri kimi qiymətləndirilir. Qalxanvari vəzi maddələr mübadiləsi proseslərinə çox ciddi təsir edir. Qalxanvari vəzinin funksiyası azalanda maddələr mübadiləsi prosesləri yavaşıyır ki, nəticədə qanda xolesterinin səviyyəsi artır və o, damarlada yığılmağa başlayır.

4. Uzunmüddətli xroniki stresslər

Stress zamanı damarlar kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarlarda xolesterinin yığılması riski yüksəkdir.

Digər tərəfdən insan daim stress vəziyyətində yaşadıqda onun immun sisteminin fəaliyyəti ilk mərhələlərdə artır, immun hüceyrələr daha çox ifraz olunur. Özünə "iş" tapmayan (infeksiya, yara, zədə və s.) immun hüceyrələr öz silahlarını "düşmənlərə" (mikrob, bakteriya və s.) deyil, orqanizmə "tuşlayır" ki, nəticədə orqanizmdə və o cümlədən damarlada iltihab yaranmağa başlayır. İltihablaşmış damarlar isə daha tez tutulur.

5. Cinsi hormonların çatışmazlığı

Cinsi hormonlar xolesterindən sintez olunur. Hormonların ifrazı müxtəlif səbəblərə görə (yaş, xəstəlik və s.) azaldıqda istifadə olunmayan xolesterin əvvəl qanda toplanır, daha sonra isə damarlarda yığılmağa başlayır.

6. Siqaret çəkmək

Siqaret damarların qənimidir. Siqaret çəkən insanın damarları kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarların tutulması riski artmış olur.

7. Fiziki aktivliyin azalması (hipodinamiya)

Hipodinamiya bir çox xəstəliklərin (şəkərli diabet, piylənmə və s.) və o cümlədən aterosklerozun riskini artırır. Hipodinamiya qan dövranının pisləşməsinə, maddələr mübadiləsinin zəifləməsinə səbəb olur ki, nəticədə damarlarda xolesterinin yığılması və damarların tutulması ehtimalı da artır.     

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR