Slimfit
  1. COĞRAFİYA

Daxili İşlər Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir

Daxili İşlər Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
Sakura

Daxili İşlər Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 32 saylı tam orta məktəbdə “Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda şagird və pedoqoji kollektivlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib. Həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyəsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov tədbirin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Rayon polis idarəsinin veteranlar şurasının üzvləri Adil Abbasov və Firdovsi Bayramov dünyada münaqişələrin yaranmasında radikal dini təriqətlərdən istifadə edildiyini, belə hadisələrin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu vurğulayıblar. Görüşün gənclərin maarifləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə bağlılığı, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb..

Nizami Rayon Polis İdarəsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova müasir dövrdə dini radikalizm, fanatizm və ekstremizmin həm fərdlərin, həm cəmiyyətin, həm də dövlətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu qeyd edib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fuad Şirinov və Aslan Sultanov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, vətəndaşları, xüsusilə də gəncləri dini və mənəvi-əxlaqi dəyərlərə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini maarifçilik işinin düzgün təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR