Slimfit
  1. İDMAN

DÇ-2020: Azərbaycan millisi Xorvatiyaya uduzub

DÇ-2020: Azərbaycan millisi Xorvatiyaya uduzub
Sakura

DÇ-2020: Azərbaycan millisi Xorvatiyaya uduzub

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, komandamız Xorvatiyada keçirilən C qrupundakı ilk matçında meydan sahibləri ilə üz-üzə gəlib.

Osiyekdəki "Qradski vrt Arena"da baş tutan görüşə uğursuz start verən Joze Alesio da Silvanın yetirmələri erkən qol buraxıblar. Qarşılaşmanın sonlarında qapısında daha bir top görən yığmamız turnirə məğlubiyyətlə başlayıb.

Qrupun digər oyununda Rusiya Slovakiya üzərində 7:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu yanvarın 30-da Rusiyaya qarşı keçirəcək.

DÇ-2020-nin Avropa zonası üzrə elit-raundu
C qrupu, I tur
29 yanvar
Xorvatiya – Azərbaycan - 2:0
Qol: 
Periç, 4, Jelovçiç, 38
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer
Xorvatiya: 12. Zarko Luketin (GK), 20. Zoran Primiç (GK), 3. Josip Jurlina, 10. Tihomir Novak, 11. Josip Suton, 16. Luka Suton, 8. Duşko Martinac, 15. Matej Horvat, 9. Luka Periç, 13. Kristijan Postrujin, 7. Franco Jelovçiç, 5. Duje Bajruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç
Baş məşqçi: Mato Stankoviç
Azərbaycan: 12. Rövşən Hüseynli (GK), 1. Emin Kürdov (GK), 3. Tiago Telles Martins “Bolinha”, 10. Oliveira Da Nascimento “Vassora”, 5. Amir Shojaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Jonathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshagh Soorghali, 9. Rafael Vilela, 13. Kardoso Everton
Baş məşqçi: Joze Alesio Da Silva
Osiyek şəhəri. Qradski vrt Arena. Saat 23:00

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR