Ens.az
24 iyun 2019, bazar ertəsi
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Cavid Dədəkişiyev Gülbaba oğlu

Doğum tarixi : 5 iyul 1989 Vəfat tarixi: 2 aprel 2016 (26 yaşında)

492 Baxış
Cavid Dədəkişiyev Gülbaba oğlu

Cavid Gülbaba oğlu Dədəkişiyev (d. 5 iyul 1989; İmişli, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Cavid Dədəkişiyev 1989-cu ilin 5 iyul günündə İmişli rayonunun Qaralar kəndində anadan olub. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi aldı. Daha sonra o, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.

Hərbi xidməti

Baş leytenant Cavid Dədəkişiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.


VİDEO QALEREYA
Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X