Ens.az
15 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Hüseyn Dəmirli Zeynal oğlu

Doğum tarixi : 4 avqust 1993 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

439 Baxış
Hüseyn Dəmirli Zeynal oğlu

Hüseyn Zeynal oğlu Dəmirli (d. 4 avqust 1993; Biləsuvar, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Hüseyn Dəmirli 1993-cü ilin 4 avqust günündə Biləsuvar şəhərində anadan olub. 2011-ci ilin 6 oktyabr günündə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. Hüseyn Dəmirli 2013-cü ildə hərbi xidmətini başa vursada 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.

Hərbi xidməti

Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Hüseyn Dəmirli doğulduğu Biləsuvar şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Dəmirli uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X