Slimfit
  1. MEDİA

Deputatdan sabiq məmurlar barədə təklif: “Onlara öhdəlik aktı imzalatdırmaq lazımdır”

Deputatdan sabiq məmurlar barədə təklif: “Onlara öhdəlik aktı imzalatdırmaq lazımdır”
Sakura

Deputatdan sabiq məmurlar barədə təklif: “Onlara öhdəlik aktı imzalatdırmaq lazımdır”

“Müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda dövlət sirlərini qorumadan milli mənafelərini təmin etmək mümkün deyil. Biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və casus qrupların hədəfindədir”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında belə bəyanatla çıxış edib. 

O bildirib ki, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamları dövlətlərarası danışıq və görüşlərə dair qapalı söhbətləri ictimailəşdirirlər. 

“Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar silahlı qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar barədə olsa, onda nə edəcəyik?! Bir çox ölkələrdə müharibə şəraitinə görə sirlərə çıxış məhdudlaşdırılıb, sərtləşdirilib, üçqat əlçatanlıq sistemi tətbiq olunub. Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir”, - deyə Z.Oruc əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin həyatında taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq lazımdır.

“Dövlət sirri” haqqında qanunun qəbulundan 15 il keçib və onu daha da təkmiləşdirməyə ehtiyac var”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR