Slimfit
  1. AZƏRBAYCANLI

Dərbənddə azərbaycanlı generala büst qoyulacaq

Dərbənddə azərbaycanlı generala büst qoyulacaq
Sakura

Dərbənddə azərbaycanlı generala büst qoyulacaq

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri Xizri Abakarov ilə görüşüb.

"Report" RİA "Dağıstan"a istinadən xəbər verir ki, görüşdə müzakirə olunan əsas məsələ Dərbənddə azərbaycanlı general Hüseyn Rəsulbəyovun büstünün qoyulması olub.

Bildirilir ki, büstün qoyulması təşəbbüsünü irəli sürən Azərbaycan tərəfi onun hazırlanması, quraşdırılması, həmçinin ətrafdakı ərazinin abadlaşdırılması üzrə bütün xərcləri öz üzərinə götürüb.

Xatırladaq ki, 1985-ci ildən Dərbənd şəhərinin küçələrindən biri H.Rəsulbəyovun adını daşıyır. Büstün isə həmin küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsi ilə kəsişmədə quraşdırılması planlaşdırılır.

X.Abakarov bu təklifin həyata keçirilməsində kömək edəcəyinə söz verib.

Dərbənddə anadan olan Hüseyn Rəsulbəyov Böyük Vətən Müharibəsində iştirak edib, müharibədən sonra Azərbaycanda xidmətini davam etdirib və sonradan uzun illər respublikanın nazirliyinin rəhbəri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR