Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
TEXNOLOGİYA

Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

57 Baxış
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin köməyi ilə fizioloji siqnalların aşkar edilməsi üzrə yeni üsul işləyib hazırlayıblar. Həmin datçiklər geyimə bərkidilmiş qəbulediciyə məlumat ötürür. Beləliklə, istifadəçilər öz sağlamlıq vəziyyətinə daim nəzarət imkanına yiyələnəcəklər.
 
ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, tədqiqatçılar yeni texnologiyanı nümayiş etdirmək üçün datçikləri istifadəçilərin bilək və qarın nahiyəsinə yapışdırıblar: onlar insanın nəbzinə və nəfəsinə nəzarət ediblər, hər bir ürək döyüntüsü  və ya nəfəs alma vaxtı dərilərinin necə dartılıb yığılmasını müəyyənləşdiriblər. Eynilə insanın dirsək və dizlərinə yapışdırılmış datçiklər əl və ayaqların hərəkətini izləyir.
 
Kimya professoru Çjenan Bao hesab edir ki, “BodyNet” adlandırılmış sözügedən texnologiya tibb müəssisələrində aktiv istifadə olunacaq. O, yuxu pozğunluğu və ya ürək xəstəliyindən əziyyət çəkən pasiyentlərin monitorinqində faydalı olacaq.


VİDEO QALEREYA
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ