Slimfit
  1. QADINLAR ÜÇÜN

Dəyişimin sirri: Bakıda ən yaxşı saç ustaları ombre/balyajı neçəyə edir?

Dəyişimin sirri: Bakıda ən yaxşı saç ustaları ombre/balyajı neçəyə edir?
Sakura

Dəyişimin sirri: Bakıda ən yaxşı saç ustaları ombre/balyajı neçəyə edir?

Hər bir xanım zaman-zaman xarici görünüşündə dəyişiklik etmək fikrinə düşür. Adətən bu dəyişikliklər üçün ilk seçilən saç rənginin və ya formasının dəyişdirilməsi olur.

Bir müddətdir mövcud olan, son zamanlar isə bir çox xanımda qarşımıza çıxan ombre-balyaj boya seçimi dibdən uca qədər saç rəngi dəyişiminə getmək istəməyənlər üçün ideal seçimdir. Həmçinin saç uclarına doğu açıq tonlarda dəyişən ombre, tünd və açıq kölgələrin maraqlı görünüş təqdim etdiyi balyaj xanımlara daha gözəl və özgüvənli görünüş verir.

Gözəl ombre-balyaj rəng keçidini əldə etmək də asan iş deyil. Burada peşəkarların bildiyi olduqca incə məqamlar var. Təəsüf ki, bəzi saç ustaları bu məqamları bilməsələr də, bu işə əl atır. Nəticədə ombre-balyaj zamanı saçları korlanan xanımlar da az ​olmur. Buna görə də, xanımlar keyfiyyətli nəticəyə varmaq üçün peşəkar rəng ustalarına üz tutmağa üstünlük verir.

Bəs təcrübəli saç ustalarının ombre-balyaj qiymətləri necədir?

Bu gün sizlər üçün Azərbaycanın ən məşhur 10 saç ustasının ombre-balyaj qiymətlərini araşdırdıq. Birlikdə baxaq:

 

KENAN GÜNEŞ

 

Ombre-balyaj – 120-200 AZN, dib boyası və bütöv boya 80-100 AZN

SAXARA 

 

Ombre-balyal qiymətləri 100 AZN-dən, slrf boya qiymətləri isə 80 AZN olaraq müəyyən olunub.

 

ORHAN ÖZDOK

Ombre – 150 AZN, balyaj 150 AZN, dib boya – 90 AZN, bütün saça boya – 110-140 AZN​

 

QƏNİRƏ

 

Ombre-balyaj – 100-120 AZN, dib boya – 40 AZN, bütün saça boya – 50-60 AZN

ELVİN

 

Ombre-balyaj qiymətləri 70 AZN-dən başlayır.

SƏNAN

 

Ombre-balyaj – 110-180 AZN, tək rəng – 50-80 AZN

 

ELŞƏN

 

Ombre – 100-120 AZN, tək rəng 40-50 AZN

 

TACİ

 

Ombre-balyaj – 150 AZN

 

ELXAN

 

Ombre-balyaj – 120-220 AZN, dib boya – 60-70 AZN, tək rəng 80-90 AZN

 

OZAL

 

Ombre- Balyaj 115-140 AZN

Qeyd edək ki, rəng ustalarına uzunluğu kürək nahiyəsinə qədər olan saçlar üçün qiymətlər soruşulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR