Slimfit
  1. CƏMİYYƏT

Diabet xəstələri koronavirusdan qorunmaq üçün necə qidalanmalıdır?

Diabet xəstələri koronavirusdan qorunmaq üçün necə qidalanmalıdır?
Sakura

Diabet xəstələri koronavirusdan qorunmaq üçün necə qidalanmalıdır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusdan qorunmaq üçün diabet xəstələrinin necə qidalanmalı olduğu barədə tövsiyə verib.

Report”un xəbərinə görə, tövsiyədə COVID–19 xəstəliyini adətən yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslərin daha ağır keçirdiyi qeyd olunub.

Bildirilib ki, şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir. İmmun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.

Agentlik xatırladıb ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur.

Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir. Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir. Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır. Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.

Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək lazımdır. Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır. Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.

Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir. İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur.

Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor

Vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq

Omega 3 yağ turşuları ilə zəngin qidalar – kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri

Sinklə zəngin qidalar – hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar

Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir

Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir

Selen – tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir

Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir

Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.

Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir

Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır

Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir

Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir

Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir. 

Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR