25 yanvar 2020, şənbə
.
.
chevron_left chevron_right
DÖVLƏT VƏ SİYASƏT

DİN-dən yeni forma ilə bağlı - Açıqlama

DİN-dən yeni forma ilə bağlı - Açıqlama

27 Baxış
DİN-dən yeni forma ilə bağlı - Açıqlama

Yol polisi əməkdaşları üçün yeni formaların tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.

Bunu polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsi ilə bağlı Azərtac-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, bu yenilik dövlətimizin başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədardır. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin edilməsi tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü. Artıq bildiyiniz kimi, ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formalar müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Florida, ABŞ
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X