Slimfit
  1. QADINLAR ÜÇÜN

Diqqət olan yerdə xoşbəxtlik var. Daha diqqətli olmaq üçün 3 məşq

Diqqət olan yerdə xoşbəxtlik var. Daha diqqətli olmaq üçün 3 məşq
Sakura

Diqqət olan yerdə xoşbəxtlik var. Daha diqqətli olmaq üçün 3 məşq

Günün hansı hissəsini siz reallıqla yaşayırsınız - ev işləri, öz işiniz, ətraf və ya şəraitlə məşğul olursunuz? Bir qayda olaraq, biz vaxtımızın xeyli hissəsini başqa yerdə olmağımız və başqa bir iş gördüyümüzlə təəssüflənərək sərf edirik. Biz nadir hallarda reallıqla yaşayırıq.

Bunda pis nə var? Fikirlərdə dolaşaraq, biz çox vaxt boş şeylərə görə narahat oluruq - ya keçmiş barədə təəssüflənirik, ya da gələcəkdən narahat oluruq. İndi bizi əhatə edən yaxşı şeyləri isə görməkdən əl çəkirik. Biz özümüzü xoşbəxt hiss etmək bacarığını itiririk.

Cari ana qayıtmağa diqqətlilik praktikası kömək edir. Bu məqalədə biz bunun nə olduğu barədə danışacağıq və üç tapşırıq yerinə yetirəcəyik. Onlar çox vaxt aparmayacaq, amma sizə dinc və əmin hiss etməyə kömək edəcək. Bu yeni il bayramı ərəfəsində tam lazım olandır.

Reallıqla yaşamaq

Diqqətlilik praktikası burada və indi iştirak etməklə reallıqla yaşamaq sənəti. Bu din deyil, bu sadəcə öz hərəkətlərini müəyyən vaxt anında dərk etməsidir. O depressiya və həyəcan əlamətlərini yüngülləşdirməklə, terapevtik effektə malikdir.

Diqqətlilik stresslə dolu dünyada “fasilə verməyə” imkan verir.

Sakitlik, diqqətlilikdən başqa, xeyli digər üstünlüklər - fiziki, əqli və mənəvi verir. O stress hormonlarının səviyyəsini və qan təzyiqini azaldır, immuniteti möhkəmləndirir, daha möhkəm yatmağa və tapşırıqlarda daha yaxşı konsentrasiya olmağa kömək edir. Diqqətlilik üzrə təcrübə toplayaraq, biz özümüzə daha çox əmin oluruq, qərarları daha yaxşı qəbul edirik və boş şeylərə görə daha az əzab çəkirik. Əlavə olaraq başqalarının dərdinə şərik olmağı, ürəyi açmağı və andan zövq almağl öyrənirik.

1-ci məşq. Diqqətli nəfəs

  1. Rahat oturun, geri çəkilin, ayaqlarınızı döşəməyə qoyun və əllərinizi ya uzadın və ya onları dizlərinizin üstünə qoyun.
  2. Gözünüzü bağlayın, onu qiymətləndirmədən fikrinici nəfəsdə toplayın.
  3. Sadəcə nəfəs alıb-vermə hisslərini, alıb-verdiyiniz havanın temperaturunun dəyişikliyini izləyin.
  4. Nəfəs vermə və alma zamanı sinənin və qarının hərəkətlərini, həmçinin nəfəs səsini izləyin.
  5. Əgər siz yayınırsınızsa, bu normaldır - sadəcə yenidən nəfəsdə fikrinizi toplayın.

Nəfəs alma və vermə xoşbəxtliyə hər zaman açıq olan qapılardır.

Bu məşqi iki dəqiqə ərzində yerinə yetirin, hər dəfə yayınmağa başladıqda hər dəfə nəfəsdə fikrinizi toplayın. Diqqətlilik fikirlərin olmamasıdır, bu şüurluluq, konsentrasiyadır. Fikirləri dayandırmağa cəhd etmək çox yorucu və praktik olaraq qeyri-realdır. Fikirlər gələcək və gecədək, amma siz sadəcə diqqəti nəfəsə keçirməklə onları izləyin. Fikirlərə buludlar kimi yanaşın: onlar yaranır və yoxa çıxır. Onlarla əlaqə qurmayın, onları qeyd edin və getməsinə imkan verin.

Ola bilsin ki, məşqi bir neçə dəfə təkrarlamaq lazım olacaq, o vaxta qədər ki, siz reallıqda olmağı və onun hər anından zövq almağı öyrənəcəksiniz. Özünüzə qarşı səbrli olun. Hər şey alınacaq.

Diqqətliliyi özünüzlə götürün

Biz mobil telefonla gəzməyə vərdiş etmişik. Diqqətliliyi telefon kimi özünüzlə götürə bilərsiniz. Amma telefondan fərqli olaraq, diqqətlilik çantada yer tutmur. Onun enerjisi heç vaxt tükənməyəcək. Hara getdiyimizdən asılı olmayaraq, o hər zaman sizi müşayiət edir.

Diqqətliliyi sınaqdan keçirən insanlarda narahatlıqdan gizlənmək üçün hər zaman yer var. Əgər daim bu praktikaya müraciət etsək, onda zamanla daxili güc artacaq. Hara getməyinizsən asılı olmayaraq, sizin praktikanız həmişə sizinlədir və siz özünüzə əminsiniz. Siz istənilən çətinliyin öhdəsindən gəlməyə qadirsiniz.

2-ci məşq. Qab yuyan zaman diqqətlilik

Qab yumaq xoşagəlməz görünür? İşə diqqətlə yanaşmağa cəhd edin və hər şey dəyişəcək.

Əlinizi isti suya salın və bunun necə xoş olduğunu hiss edin. Hər boşqaba vaxt ayırın, onu, suyu və əllərin istənilən hərəkətini dərk edin. Siz tələsəndə, qab yumaqla keçirdiyiniz vaxt sizə xoşagəlməz və onu yaşamaq üçün dəyərli olmayacaq. Bu kədərlidir, axı həyatın hər dəqiqəsi və saniyəsi möcüzədir. Boşqabların özü də, sizin dayanıb onları yumağınız da!

Hər çəngəl diqqətə layiqdir.

Qab yumaq prosesi sizin həmişəkindən çox vaxtınızı alsa belə, tələsməyin. Prosesin hər anında xoşbəxt olmağa çalışın. Qab yumaq eyni zamanda həm proses, həm də nəticədir: biz onu təkcə təmiz olması üçün yumuruq, həm də hər an həyatın tamlığını hiss etməyimiz üçün yumağın özünün xatirinə.

Bayramlara diqqət ayırın

Dekabr - vurnuxan dövrdür. Biz gah fikirlərimizlə gələcək ilə keçirik və onun necə olacağını təsəvvür edirik. Ya da keçmişə qayıdır və keçən il baş verənləri xatırlamayırıq. Ya da yekunlaşdırmalı olduğumuz layihərə görə narahat oluruq. Ya da insan sayından qıcıqlanma və ya ideal hədiyyə seçmək istəyi hiss edərək mağazada tələsərək qaçırıq.

Amma axı bayramlardan əvvəl vaxt möcüzələr və gözəlliklərlə dolğun olmalıdır. Onları qeyd etmək üçün bizə bir az daha diqqətli olmaq lazımdır. Gəlin hədiyyələri qatlayaraq bunu etməyə cəhd edək.

3-cü məşq. Diqqətlilik və hədiyyələr

Hədiyyələrin qablaşdırılması prosesinə şüurlu və sakit yanaşaq.  Lazım olan hər şeyi hazırlayın, telefon və televizoru söndürün. Tam olaraq qablaşdırma prosesində fikrinizi toplamağa çalışın. Sakit və bərabər nəfəs alın.

Əsas hədiyyə deyil, diqqətlilikdir.

Öz duyğularınız, “burada və indi” anında fikrinizi toplayın. Qablaşdırma kağınızının fakturasını hiss edin, onu sığallayın və səthiini hər yerini hiss edin. Rənglərin necə parıldadığına tamaşa edin. Hədiyyənin özünü diqqətlə nəzərdən keçirin. Bantı bağlayarkən lentin formasının necə asanlıqla və sadə formada dəyişdiyini düşünün. Onun necə spiral forması aldığını müşahidə edin.

Biz əminik ki, bu yanaşma ilə siz nəinki hədiyyələri gözəl qablaşdıracaqsız, həm də onu sakitlik, sevgi və diqqətliliklə dolduracaqsınız.

Diqqətlilik toxumları bizim hər birimizdə var.

Hətta uşaqlar belə diqqətlə nəfəs ala bilər. Hər kəs çayı diqqətlə içə bilər. Dİqqətlə yerimək. Siz diqqətlilik enerjisi isə dolu olanda tam konsentrasiya ilə siz danışacaq, yemək yeyəcək və gəzəcəksiniz. Sizin daxilinizdə bu enerji yaşayır. Ondan istifadə edin.

 

Mənbə: blog.mann-ivanov-ferber.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR