Slimfit
  1. MARAQLI

Dişlərin sağlamlığı ilə ürək xəstəliklərinin inkişafı necə bağlıdır?

Dişlərin sağlamlığı ilə ürək xəstəliklərinin inkişafı necə bağlıdır?
Sakura

Dişlərin sağlamlığı ilə ürək xəstəliklərinin inkişafı necə bağlıdır?

ABŞ alimləri hesab edir ki, dişlərin müntəzəm təmizlənməsi ürək xəstəliklərinin inkişaf riskinin qarşısını alır və bununla da ömrü uzadır.

Damaq xəstəliklərinin ürək-damar xəstəliklərinə səbəb olması çoxdan məlumdur, lakin son vaxtlara qədər heç kim bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislər aydınlaşdırıb ki, bu halda əsas “günahkarlar” ağız boşluğunda yaşayan streptokokki bakteriyalarıdır. Məhz bu mikro orqanizmlər damaq xəstəliklərinə səbəb olur. Əgər streptokokkilər xəstə damaq vasitəsilə qan dövranı sisteminə düşürsə, onda trombositlərin yapışmasına səbəb olan xüsusi zülal ifraz edir. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Yapışqan trombositlər bakteriyalar ətrafında müdafiə kapsulu formalaşdırır ki, onları immun sisteminin təsirindən qoruyur. Trombositlərin yapışqanlığı qan laxtalanmasına gətirib çıxarır ki, bu da ürək xəstəliklərinə səbəb olur.

 

Mənbə: Arqumentı i faktı

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR