Slimfit
  1. AZƏRBAYCAN

DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət

DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Sakura

DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 16 mart - 30 aprel tarixləri arasında bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul olunmuş hesab edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən olma müddəti 16 martdan 31 martadək olan şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib. Müvəqqəti olma müddəti aprelin 30-dək olan şəxslərlə bağlı isə DMX tərəfindən mərhələli qaydada qərarlar qəbul ediləcək. Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

DMX bir daha qeyd edir ki, qəbul olunmuş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq qurumun internet saytında (https://eservice.migration.gov.az/public/payments-search) yerləşdirilib).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR