Slimfit
  1. DÜNYA

Donald Tramp Vladimir Zelenski ilə görüşəcək

Donald Tramp Vladimir Zelenski ilə görüşəcək
Sakura

Donald Tramp Vladimir Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcək.
 
Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Donald Trampın Nyu-Yorka səfərinə dair jurnalistlər üçün telefon brifinqində açıqlayıb. O bildirib ki, Donald Tramp Vladimir Zelenski ilə energetika sahəsində, ticarətin genişləndirilməsi üzrə iki ölkənin əməkdaşlıq imkanlarını, habelə Ukrayna iqtisadiyyatının yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini müzakirə etmək niyyətindədir. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Donald Trampın Britaniyanın Baş Naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda ilə görüşü də planlaşdırılıb. ABŞ Prezidenti, həmçinin Koreya Respublikası, Misir, İraq, Salvador prezidentləri, Pakistan, Yeni Zelandiya, Sinqapur, Hindistan və Yaponiyanın Baş nazirləri ilə görüşəcək.
Sentyabrın 25-də Donald Trampın mətbuat konfransı keçiriləcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR