Slimfit
  1. İQTİSADİYYAT

Dövlət 30 milyon manat da borc aldı

Dövlət 30 milyon manat da borc aldı
Sakura

Dövlət 30 milyon manat da borc aldı

16 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104011686 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 89.3119 AZN (12.033%) və 93.5785 AZN (6.8999%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999%), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82 milyon 433 min 800 manat yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  06.10.2020-ci il.

Hərrac iştirakçıları 17 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR