Slimfit
  1. AZƏRBAYCAN

Dövlət atributları Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir

Dövlət atributları Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir
Sakura

Dövlət atributları Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir

Dövlət Bayrağı Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib, müxtəlif idman yarışları təşkil edilib. Belə tədbirlərdən biri Suraxanıdakı Heydər Əliyev Mərkəzində keçirilən məktəblilər üçün şeir və rəsm müsabiqəsi olub.

RİH-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildirilər ki, dövlət atributları Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar Respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib. Xüsusilə vurğulanıb ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman yüksək vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və bu ruhu cəmiyyətə aşılayır.

Qeyd olunub ki, üçrəngli bayrağımızın dalğalandığı Suraxanı rayonundakı Heydər Əliyev parkında yerləşən Bayraq meydanı 2009-cu il mayın 4-də istifadəyə verilib. Bayrağımızın dalğalanması qəlbimizi qürurla döyünməyə sövq edir, bizi Azərbaycanın xoş və işıqlı gələcəyinə aparır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq, dövlət bayrağımız Qarabağda dalğalanacaqdır.

Sonda rayonun 232 saylı tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii proqram təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR