Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Dövlət Komitəsi evdə tapılmayan vətəndaşları axtarır

Dövlət Komitəsi evdə tapılmayan vətəndaşları axtarır

34 Baxış
Dövlət Komitəsi evdə tapılmayan vətəndaşları axtarır

Dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyib. O bildirib ki, belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və həmin şəxslərin yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir.

“Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb, bu barədə məlumat verilməsi xahiş edilir. Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır. Belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur”.

E.Quliyev vurğulayıb ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzintiləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına baş çəkiləcək.

Qeyd edək ki, ölkədə əhalinin növbəti siyahıyaalınması 1-10 oktyabr tarixlərində keçirilir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X