Slimfit
  1. İQTİSADİYYAT

Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə  hazırlığına cəlb edib
Sakura

Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövrü ərzində 1418 nəfər işaxtaran və işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 907 nəfəri qadındır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, peşə hazırlığına cəlb edilən şəxslərdən 528 nəfəri gənclər, 98 nəfəri məcburi köçkünlər, 32 nəfəri isə əlilliyi olan şəxslərdir.

Kurslarda aşpaz, qənnadçı, dərzi, xalçaçı, kompyuter mühasibliyi, qazanxana maşinisti, kompyuterçi dizayner, ingils dili, ekskursiya bələdçisi, elektrik quraşdırıcısı, əl ilə qaynaq, əməliyyatçı mühasib, vizajist, kişi bərbəri, bərbər-manikürçü peşələri tədris edilib. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

 Qeyd edək ki, peşə hazırlığına cəlb edilən işsiz şəxslərə kurs keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR