Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Dubay 2020-ci ildə səyahət üçün ən yaxşı on şəhərdən biri elan edilib

Dubay 2020-ci ildə səyahət üçün ən yaxşı on şəhərdən biri elan edilib
Sakura

Dubay 2020-ci ildə səyahət üçün ən yaxşı on şəhərdən biri elan edilib

“Lonely Planet” nəşrinin versiyasına görə, Dubay şəhəri 2020-ci ildə səyahət üçün ən yaxşı on şəhərdən biri hesab olunub. “Best in Travel 2020” illik reytinq cədvəlinə əsasən növbəti ildə səyahət üzrə ekspertlər icması bu Əmirliyi dünyanın on gəzməli şəhərlərindən biri elan edib. Bu şəhərin tarixi və mədəni abidələri, əyləncə yerləri, açıq məkanda həyata keçirilən tədbirlər və layihələr səyahətə çıxan daha çox turistin marağına səbəb olur.

“Lonely Planet” nəşri tərəfindən Dubayın səyahət üçün ən mühüm şəhərlərdən biri elan edilməsi Əmirliyin turizm potensialının ardıcıl olaraq inkişafının təzahürüdür”. Bu fikri ifadə edən Dubayın Turizm və Kommersiya Marketinqi Korporasiyasının baş direktoru İssam Kazım qeyd edib ki, həmin istiqamətdə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid al Məktumun göstərişlərinə əsasən, Əmirliyə bütün dünyadan turistlərin cəlb olunması, bu sahədə innovativ təşəbbüslərin və strateji planların yerinə yetirilməsi gələcəkdə də davam etdiriləcək.

“Lonely Planet” nəşrinin vitse-prezidenti Tom Holl əlavə edib: “Dubay turistləri heyran edən yeni dünya rekordlarına can atması ilə məşhurdur. Burada yeməklərin keyfiyyəti və şoppinq yüksək dünya standartlarına uyğundur. Bundan başqa, “Expo 2020” sərgisi ərəfəsində Dubayda görməli məkanların siyahısı daha da artır və bu sıraya yeni obyektlər – “Ain Dubai” çarxı, Al-Şindaq muzeyi və “Jameel Arts Centre” mədəniyyət mərkəzi əlavə olunub”. Dünyanın bir çox ölkələrindən səyahətçiləri cəlb edən Dubay hər kəs – həm şəhər istirahətini, həm romantik gəzintiləri və ailə səyahətini, həm də mədəniyyət obyektlərini və qastronomik nümunələri qiymətləndirənlər üçün müxtəlif ən geniş variantlar təklif edir.

“Lonely Planet” ekspertlərinin qənaətinə görə, Dubayda yeri və açılışına hazırlıq görülən turizm obyektləri növbəti ildə bu şəhərə daha çox turist cəlb edəcək. Onların arasında “Dubai Expo 2020”, texnologiyalar və innovasiya sahələrində futuristik tədqiqat layihələrini təqdim edəcək unikal biznes və texnologiya inkubatoru olan “Gələcəyin muzeyi”, 250 metr hündürlüyündə olan və şəhərin bütün mənzərəsini görmək imkanı verən “Ain Dubai” çarxı artıq istifadəyə verilmək üzrədir.

Bundan başqa, Əmirliyin milli-mədəni irsi, muzeylər və tarixi rayonlar da turistlərin ən sevimli ziyarət məkanıdır. Onların arasında “Al Seef” mədəni-tarixi rayonu, “Al-Şindaq” muzeyi, Dubay Muzeyi, Köhnə Dubayın heyrətamiz bazarları, Cümeyra məscidi, həmçinin “Frying Pan Adventures” şirkətinin təşkil etdiyi Köhnə Dubaya qastronomik ekskursiya da var.

Ekspertlərin qeyd etdiyi digər görməli və əyləncə məkanları arasında Dubayın “Burc Xəlifə” məşhur göydələni, “Dubai Mall” ticarət mərkəzi, “Burc Al Arab” və “Madinat Jumeyra” otelləri, “La Mer” və “Kite Beach” çimərlikləri də mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR