Slimfit
  1. AVTO VƏ MOTO

Dubay polisi uçan motosikllərə keçir

Dubay polisi uçan motosikllərə keçir
Sakura

Dubay polisi uçan motosikllərə keçir

Dubay polisi 2020-ci ildən başlayaraq Hoversurf adlı amerikan şirkəti tərəfindən hazırlanmış Hoversurf S3 modelli uçan motosikllərdən istifadə etməyə başlayacaq. Ens.az autonews.ua-a istinadən xəbər verir ki, ərəb polisləri artıq onlara yiyələnməyə başlayıblar.

Hoversurf S3 33 kilovatt elektrik mühərriki və 12,3 kilovatt-saat həcmli batareya ilə təchiz olunub. Onun çəkisi 115kq təşkil edir. Pilotsuz S3 havada 40 dəqiqə qala bilər. Əgər onda pilot varsa, onda bu uçuş vaxtı 25 dəqiqəyə qədər azalır.

Uçan motosiklin maksimum sürəti 100km/s-a çatır. Əlbəttə, bu elə də çox deyil, ancaq polislərin tapşırıqlarını yerinə yetirmək üçün tamamilə bəs edir.

Dubayda iki heyət artıq Hoversurf S3-ə yiyələnirlər. Bütün ərəb polisləri 30-40 belə uçan motosikllərdən əldə etməlidir. Yeri gəlmişkən, onun bir nümunəsi təxminən 150min dollar dəyərindədir.

Qeyd olunur ki, Hoversurf şirkəti ABŞ-da (Kaliforniya ştatı) yerləşsə də, onun sahibkarları rusiyalı biznesmenlərdir. Ola bilsin ki, S3-də Rusiyanın texnologiyalarını tətbiq olunub.

Daha əvvəl xəbər verilmişdi ki, Dubay polisi 2017-ci ildə özünün ilk robotunu əldə etmişdi. 2030-cu ildə bu əmirlikdə küçələrdə işləyən polislərin 30%-i robotlar olacaq.

 

Mənbə: Uazmi.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR