Slimfit
  1. İDMAN

“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi

“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi
Sakura

“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi

"Düdelanj" klubu bu həftə Avroliqanın matçında “Qarabağ”la oyunda baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib.

Metbuat.az xəbər verir ki, klub rəsmi "Twitter" hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib:

"Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

Xatırladaq ki, oyunun birinci hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. Amma “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.

Qeyd edək ki, daha öncə Lüksemburqun idman naziri də Azərbaycan tərəfdən üzr istəyib.

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR