Slimfit
  1. SİYASƏT

Dünya Bankı: COP29 Azərbaycanın qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirmək üçün əla fürsətdir – MÜSAHİBƏ

Dünya Bankı: COP29 Azərbaycanın qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirmək üçün əla fürsətdir – MÜSAHİBƏ
Sakura

Dünya Bankı: COP29 Azərbaycanın qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirmək üçün əla fürsətdir – MÜSAHİBƏ

İnsan resurslarının inkişafı Azərbaycanda daxili siyasətin prioritet istiqamətlərindən biridir. Bazar əsaslı dəyişikliklər və dəyər zəncirlərini bütövlükdə əhatə edən smart siyasətlər, yeni enerji mənbələrinə keçid, daha çox bərpaolunan enerji, az karbonyüklü istehsalat və materialların dövretmə qabiliyyətinin tanınması yaşıllaşmaya keçidi asanlaşdıracaq.

Azərbaycanın iqtisadiyyatında daha az karbon-yüklü sektorlarda iş yerlərinin yaradılması potensialı var: əsasən, xidmət sektorları, səhiyyə və təhsil. Təhlillər göstərir ki, Azərbaycanın sənaye sektorunda istixana qazlarının (GHG) emissiyasının azaldılmasına qoyulan sərmayələr yeni iş yerləri yarada bilər. Hərtərəfli yaşıl artım və aktivlərin diversifikasiya strategiyası və siyasi qərarlar Azərbaycanın dayanıqlı gələcəyinə, daha təmiz mühitə və yaşıl artıma gedən yolun əsas şərtləridir. Dövlət sektoruna dair məqsədli qərarlar təkanverici ola bilər və iqtisadiyyatın yaşıl istiqamətdə aparılması üçün sabit siyasi və tənzimləyici mühiti yarada bilər.

Ens.Az-ın məlumatına əsasən,mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan Potensialının İnkişafı Proqramının rəhbəri Ahmet Levent cavablandırır.

- Bu gün Azərbaycanda insan kapitalının inkişafı ilə bağlı əsas çağırışlar hansılardır?

- İnsan kapitalının inkişafı təhsil, səhiyyə, sosial müdafiə və məşğulluq xidmətləri kimi sahələri əhatə edən səmərəli, yaxşı əlaqələndirilmiş sistemə malik olmanı nəzərdə tutur. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyası yüksək rəqabət qabiliyyətli insan kapitalına malik olan dinamik, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində böyük addımlardır. Ölkə 2010 və 2020-ci illər arasında Dünya Bankının İnsan Kapitalı İndeksinə əsasən qlobal insan kapitalını yaxşılaşdıran ən yaxşı ölkələr sırasında yer alaraq əhəmiyyəti irəliləyiş əldə edib. Azərbaycan insan kapitalına davamlı sərmayə qoymaqla 2024-2050-ci illər arasında illik iqtisadi artım tempini azı 1,7 faiz sürətləndirə bilər. Gələcəyə baxsaq, Azərbaycan təkcə insan inkişafı sahəsində ənənəvi çağırışların öhdəsindən gəlmək üçün deyil, həm də əhalinin yaşlanması, iqlim dəyişiklikləri və peşələrin xarakterinin dəyişməsi kimi yeni qlobal çağırışlara hazırlaşmaq üçün yaxşı mövqeyə malikdir.

- Siz iqlim dəyişikliklərini qlobal çağırış kimi qeyd etdiniz. Azərbaycan bu il COP29-a ev sahibliyi edir. Bu kontekstdə insan kapitalını qorumaq və inkişaf etdirmək üçün nə etmək lazımdır?

- İlk növbədə, icazə verin Azərbaycanı bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edim. Bu, mühüm nailiyyət və ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirmək üçün əla fürsətdir. Bu çağırışlar qarşısında insan kapitalını qorumaq və inkişaf etdirmək üçün həqiqətən də, həm ani sarsıntılara, həm də uzunmüddətli tendensiyalara cavab verən hərtərəfli yanaşma tətbiq etməliyik. “İqlim dəyişikliklərinin öhdəsindən gəlmək üçün kapitalını qorumaq, inkişaf etdirmək və istifadə etmək” adlı hesabatımız üç əsas strategiyanı vurğulayır: inklüziv, yaşıl inkişafı təmin etmək üçün insan kapitalını qorumaq, inkişaf etdirmək və istifadə etmək. İlkin olaraq, adaptiv sosial müdafiə sistemlərinin genişləndirilməsi çox vacibdir. Bu proqramlar iqlim sarsıntıları zamanı sağlamlığın, təhsilin və gəlirin qorunmasında mühüm əhəmiyyət kəsb edir. İkincisi, səhiyyə və təhsil xidmətlərinin iqlim dəyişikliklərinə qarşı davamlı olması və onlardan irəli gələn karbon emissiyalarının azaldılması vacibdir. Enerjiyə qənaət edən məktəblər və xəstəxanalar kimi yaşıl infrastruktura investisiyalar ikili məqsəd daşıyır - onlar emissiyaları azaldır və iqlimlə bağlı fəlakətlər zamanı xidmətlərin davamlılığını təmin edir. Baxmayaraq ki, Azərbaycan səhiyyə xidmətlərinin iqlimə daha davamlı olması istiqamətində irəliləyişlər əldə edib, hələ də əlavə investisiyalar tələb olunur. Üçüncüsü, təhsil və bacarıqların inkişafı yolu ilə işçi qüvvəsinin yaşıl iqtisadiyyata hazırlanması vacibdir.

Yaşıl bacarıqlara tələbat artır və buna görə də texniki-peşə təhsili, yüksək keyfiyyətli ali təhsilin təkmilləşdirilməsi ölkənin inkişaf edən ehtiyaclarını ödəmək üçün çox vacibdir. Təhlillərimiz göstərir ki, iqlimlə əlaqəli sənayelər 2030-cu ilə qədər dünyada bərpaolunan enerji və davamlı kənd təsərrüfatı kimi sektorlarda 213 milyondan çox iş yeri yarada bilər. Hazırda bacarıqların inkişafına diqqət yetirməklə Azərbaycan öz işçi qüvvəsini gələcəyə hazırlaya bilər.

- Siz həm də peşələrin dəyişən xarakterini çağırış kimi qeyd etdiniz. İnsan inkişafı sahəsində xidmətlərin rəqəmsallaşdırılması Azərbaycanda məhsuldarlığın artmasına və iş yerlərinin yaxşılaşmasına necə kömək edir?

- Rəqəmsallaşma təhsilin, səhiyyənin və sosial müdafiənin çatdırılma üsulunu dəyişir, məhsuldarlığı birbaşa artırır və Azərbaycanda bir çox sektorlarda məşğulluq imkanları yaradır. Birincisi, rəqəmsallaşma xidmətlərin göstərilməsinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir. Rəqəmsal alətlərin və platformaların inteqrasiyası müəllimlərin, səhiyyə işçilərinin və sosial müdafiə məmurlarının üzərinə düşən inzibati yükü azaldır, onlara təhsilin keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə qayğının artırılması və sosial müavinətlərin effektiv şəkildə hədəflənməsi kimi əsas vəzifələrə diqqət yetirməyə imkan verir. Məsələn, rəqəmsal platformalar COVID-19 pandemiyası zamanı gördüyümüz kimi, sosial müdafiə tədbirlərinin və xidmətlərinin göstərilməsini sadələşdirir, böhranlar zamanı daha çevik cavab verməyə imkan verir. İkincisi, rəqəmsal sistemlərin genişlənməsi yeni iş yerləri yaradır və rəqəmsal bacarıqlara tələbatı artırır. Bu sistemlər insan inkişafı xidmətlərinin ayrılmaz hissəsinə çevrildikcə, İT dəstəyi, məlumatların idarə edilməsi, kibertəhlükəsizlik və rəqəmsal xidmət dizaynında yeni ixtisaslaşmalar meydana çıxır. Həmçinin mobil proqramların hazırlanması, rəqəmsal kommunikasiya vasitələri və kontentin yaradılması sahəsində təcrübəyə tələbat artır.

Təlim proqramlarına əhəmiyyətli investisiyaların sayəsində rəqəmsal bacarıqlara artan tələbatın ödənilməsi gözlənilir. Nəhayət, süni intellekt kimi qabaqcıl vasitələr iş axtaranları mövcud məşğulluq imkanları ilə daha dəqiq və səmərəli şəkildə uzlaşdıra bilər. Rəqəmsal platformalar, həmçinin cari bazar ehtiyaclarına uyğunlaşdırılmış təlim modulları, karyera dəstəyi və iş axtarma xidmətləri təklif edir. Bu, iqtisadi dəyişikliklər və ya böhrandan sonrakı bərpa dövrünü yaşayan regionlara fayda verir. Bundan əlavə, rəqəmsallaşma texnoloji sektorda startap ekosistemini dəstəkləyir, insan inkişafı xidmətlərindəki çağırışlara innovativ həllər təqdim edir.

- Dünya Bankı Qrupu Azərbaycana öz insan kapitalını daha da inkişaf etdirmək üçün necə dəstək verir?

- Azərbaycan və Dünya Bankı Qrupu arasında tərəfdaşlıq 30 ildən artıqdır ki, inkişaf edir. Bu müddət ərzində Dünya Bankı Azərbaycana öz milli məqsədlərinə nail olmaqda və ifrat yoxsulluğu aradan qaldırılmaq, ümumi rifahı təşviq etmək və qlobal şoklara qarşı dayanıqlılıq yaratmaq kimi məqsədlərə doğru irəliləməsində kömək etmək üçün öz resurslarını və qlobal təcrübəsini təmin edib. Hazırda Azərbaycan hökuməti ilə hazırladığımız yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədi Azərbaycanın daha dinamik və daha yaşıl inkişaf modelinə keçidini dəstəkləməyə yönələcək. “Artan məhsuldarlıq və daha yaxşı iş yerləri” tərəfdaşlığımızın əsas məqsədlərindən biridir. İnsan kapitalının inkişafı ilə bağlı fəaliyyət və davam edən Məşğulluğa Dəstək Layihəsi vasitəsilə biz yüksək keyfiyyətli məşğulluq imkanlarına çıxışı yaxşılaşdırmaq üçün Azərbaycanla əməkdaşlıq edirik. Bu layihə qadınlar və gənclər də daxil olmaqla həssas qruplar üçün məşğulluq və təlim proqramlarını genişləndirmək məqsədi daşıyır. Bura təlim proqramlarını genişləndirmək, sahibkarlara qrantlar təmin etmək, şagirdlik proqramlarını təşkil etmək və yeni mikromüəssisələrin dayanıqlığını artırmaq təşəbbüsləri daxildir.

Biz Azərbaycana iqtisadiyyatını şaxələndirməkdə və yüksək gəlirli ölkə statusuna nail olmaq üçün səylərini davam etdirməkdə kömək etmək öhdəliyimizə sadiq qalaraq, daha əvvəl haqqında danışdığımız insan kapitalının inkişafı ilə bağlı əsas çağırışları həll etmək üçün texniki yardım göstərməyə və qlobal biliklərimizi bölüşməyə davam edəcəyik.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR