Slimfit
  1. GÜNDƏM

Dünyanı qorxuya salan virusla bağlı yeni iddia: "Asanlıqla yoluxacaq"

Dünyanı qorxuya salan virusla bağlı yeni iddia: "Asanlıqla yoluxacaq"
Sakura

Dünyanı qorxuya salan virusla bağlı yeni iddia: "Asanlıqla yoluxacaq"

“Hal-hazırda şahidi olduğumuz epidemiyanin ikinci və üçüncü nəsli yayılır"

Çinin Vuhan şəhərində meydana gələn və artıq bir sıra ölkələrdə də qeydə alınan koronavirusla bağlı yeni xəbərlər yayılıb. AYNA xəbər verir ki, infeksiya və epidemiyalar üzrə mütəxəssis David Heyman qorxunc virusla bağlı İngiltərənin “Daily Mail” qəzetinə açıqlama verib.

“Hal-hazırda şahidi olduğumuz epidemiyanin ikinci və üçüncü nəsli yayılır. Artıq üçüncü nəsildə xəstəlik bir insandan digərinə asanlıqla yoluxa biləcək”, - deyə Dr. Heyman bildirib.

Mütəxəssis onu da vurğulayıb ki, öskürək və asqırmaq yolu ilə xəstəliyin bir insandan digər insana keçməsi ilə bağlı sübutlar artmaqda davam edir, lakin xəstəliyin hava yolu ilə yoluxmasına dair heç bir sübut öz təsdiqini tapmayıb.

Dr. Heymanın bu açıqlamasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bəyanat yayıb. ÜST-ün verdiyi bəyanatda epidemiyanın insandan insana ötürüldüyü barədə dəqiq bir nəticə əldə olunmadığı qeyd olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR