Slimfit
  1. MARAQLI

Dünyanın ən maraqlı heykəlləri

Dünyanın ən maraqlı heykəlləri
Sakura

Dünyanın ən maraqlı heykəlləri

Heykəllərin hazırlanmasında müxtəlf materialların daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.),  gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri yonulması və qəlibə tökülməsi üsullarından istifadə edilir. Yuxarıda qeyd etdiyimiz materialların şəkilləndirilməsi nəticəsində ortaya çıxan və birbaşa insanla bağlı olan vizual bir sənət sahəsidir. İlk dövrlərdən  bu günə kimi inancların ağac, daş, mərmər üzərinə edilən oymalarla əks olunması heykəlçiliyin yayılmasında təsirli olmuşdur. Dünyanın ən maraqlı heykəlləri ilə tanış olaq ...

Sevgi heykəli

Ukraynalı sənətkar Aleksandr Milovun əsəri keçən il ABŞ’da təşkil edilən "Burning Man" festivalında iştirak etmişdir. “Sevgi heykəli” adlanan əsər qadın və kişi arasındakı anlaşılmazlığı və insanın daxili ilə xarici arasındakı mübarizəni təsvir etməkdədir.

Kişi və Qadın Heykəli

1937-ci ildə Azərbaycan yazıçısı Qurban Səidin yazdığı "Əli and Nino" adlı roman, Gürcü sənətkarı Tamara Kvesitadzeyə ilham qaynağı olmuşdur. Romanda müsəlman bir gənc olan Əli ilə Gürcüstanlı bir şahzadə olan Ninonun eşqindən bəhs edir. Heykəl, saat 19.00də hərəkət edər və iki fiqur təkrar ayrılmadan əvvəl bir-birlərini qucaqlayar. Bu hərəkət 10 dəqiqə davam etməkdədir.

Yoldan Keçənlər heykəli

Dünyanın ən yaradıcı heykəlləri arasında yer alan  Yoldan Keçənlər 1981-ci ildə qüvvəyə minən hərbi qanunlardan sonra itkin düşən insanların simvoludur. Jerzy Kalinanın əsəri Polşada yerləşir.

Nelson Madela Heykəli

Marco Cianfanellinin əsəri Cənub Afrikanın əfsanə lider Nelson Mandelanı təmsil edir.

Danube Parkındakı Ayaqqabılar

Budapeştdə Parlament Binasının düz qarşısında olan ayaqqabı heykəlləri, Can Togay və Gyala Pauerə aiddir və 2. Dünya Müharibəsi əsnasında ölən Yəhudilərin xatirəsinə ucaldılmışdır.

Qarabasma Heykəli

Litvada yerləşən S. Jurkus və S. Plotnikovasın hazırladığı Qarabasma heykəli, 1595-ci ilə aid yerli bir əfsanəyə işarə etməkdədir.

Dəri Adlı Heykəl (İpəzor Heykəli)

Dünyanın ən yaxşı ictimai sənət nümunəsi siyahısının üçüncü yerdə qərarlaşan  sənət əsəri, Mehmet Ali Uysala aiddir. İpəzor (şpilka) heykəli olaraq da tanınan 6 metr yüksəkliyindəki nəhəng əsər Belçikanın Liege şəhərindəki Chaudfontaine Parkında yerləşir. Əsərin İsveç və Vaşinqtonda da birversiyası vardır. Eyni zamanda  üçüncüsü  də Kəmər Country Hotelinin qarşısındakı golf sahəsində yerləşir.

Yağış Damlası Heykəli

Bəzi heykəllər vardır ki, haqqında uzun-uzun söhbətlər edilə bilər. Bu heykəllərdən biri də Ukraynalı sənətkar Nazar Bilyk-in əsəridir. Heykəltəraş yağış damlasını insan və təbiət arasındakı əlaqənin simvolu kimi ifadə etmişdir.

Maman Heykəli

Luisa Bourgeoisin ərsəyə gətirdiyi və İspaniyanın Bilbao şəhərində Guggenheim Muzeyinin qarşısında yerləşən Maman Heykəli analıq  hissi ilə yaranan güc və kövrəkliyi göstərən vahiməli bir hörümçək heykəlidir.

Düyünlü Silah Heykəli

Nyu Yorkdakı Birləşmiş Millətlər binasının yanında yerləşən  Düyünlü Silah (The Knotted Gun) heykəli, xaossuz və sakit bir gələcək üçün ümidi təmsil etməkdədir. Carl Fredrik Reuterswärd tərəfindən hazırlanan heykəl Lüksemburq tərəfindən BMT-yə bir hədiyyə olaraq göndərilmişdir.

People of Rivers Heykəli

Sinqapur Çayına tullanan bir qrup uşağı təsvir edən heykəl Sinqapur Turizm Qurumu tərəfindən sənətkar Chong Fah Cheong-a hazırlatdırılmışdır.

Səyyahlar Heykəli

Fransız sənətkar Bruno Catalano tərəfindən edilən Səyyahlar heykəli (Les Voyageurs) evdən ayrılan səyyahın arxada buraxdığı xatirələrini simvolizə etməkdədir.

Təbiətin Gücü Heykəli

İtalyan rəssam Lorenzo Quinn tərəfindən hazırlanan Force of Nature dünyanın dörd bir tərəfindəki bir çox böyük şəhərlərdə movcuddur. Lorenzo əsərini meydana gətirərkən qasırğalardan sonra yaranan dağıntıdan ilham almışdır.

Şair Mihai Eminescu Heykəli

Yunan şairi, yazıçı və jurnalisti Mihai Eminescuya aid olan bu heykəl, axşam günəşin batması ilə ortaya çıxan rəsm şəklindədir.

Tarixə Hörmət Parkı Heykəlləri

Çanaqqalanın Eceabat mahalında Opet QSC  tərəfindən şifariş edilən  Tarihe Saygı Parkı’ndakı 40 heykəl fiquru ilə Atatürkün xatirələrində bəhs etdiyi "Bomba Kürəyi Hadisəsi" canlandırılmışdır. İnsana dərindən təsir edən park açıq hava muzeyi xüsusiyyətindədir.

Aralıq dənizi Heykəli

İstanbulun ən tanınmış heykəlləri arasında yer alan  Aralıq dənizi heykəli Türkiyənin məşhur heykeltıraşlarından İlhan Komanın əl işidir.

Quşlar Heykəli

Sakıp Sabancı Muzeyində sərgilənən Quşlar heykəli Türkiyədəki heykəltəraşlıq sənətinin tanınmış simalarından Kuzgun Acara aiddir.

Genləşmə Heykəli

Müasir heykəl sənətinin ən maraqlı nümunələri arasındayer alan heykəl içimizdəki gücü oyatmağı simvolizə edən bir əsərdir. Paige Bradleyin Genləşmə adlı əsərinin orijinalı New York şəhərində yerləşir.

Dünyada, ilk dəfə seyr edildikdə belə insanda heyranlıq və saatlarla baxma istəyi oyandıran bir çox heykəltəraşlıq nümunəsi var. Haqqında paylaşdığımız heykəllər bunlardan bir neçəsidir.

Mənbə: www.hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR