Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən zəngin şəxslərinin istifadə etdiyi avtomobillərin dəyəri

Dünyanın ən zəngin şəxslərinin istifadə etdiyi avtomobillərin dəyəri
Sakura

Dünyanın ən zəngin şəxslərinin istifadə etdiyi avtomobillərin dəyəri

Bir çoxları daşıdığı statusa uyğun avtomobillər istifadə etməyə üstünlük verir. Belə hallarda avtomobillər rahatlıqdan daha çox göstəriş üçün istifadə olunur. Lakin dünyada adla tanınan varlı şəxslər öz sərmayələrini avtomobil və ya qızıl kimi ölü yatırımlara deyil, daha vacib işlərə sərf etməyin tərəfdarı kimi çıxış edirlər. Bu məqaləmizdə dünyada məşhur olan varlı şəxslərin istifadə etdiyi avtomobillər haqda məlumat verəcəyik.

Beləliklə, ilk olaraq Cef Bezos haqda danışaq. Hal-hazırda 128 milyard dollarla dünyanın ən varlı şəxsi hesab edilən Cef 1996 model Honda Accord maşını istifadə etməkdədir. Onun maşının dəyəri 4.000 dollardır.  

Sıfırdan öz hesabına sərvət sahibi olan və hər zaman söylədiyi fikirlərlə diqqətləri üzərinə çəkməyi bacaran Cek Ma SAIC şirkətilə birgə istehsal etdiyi SUV Roewe RX5 markalı avtomobil idarə edir. Maşının dəyəri isə 25.000 dollar təşkil edir.

Sadə həyat tərzinə üstünlük verən Facebook CEO-su Zukerberq ən gənc milyonçu olmasına baxmayaraq, 3 avtomobilə sahibdir. Bunlar Acura TSX, Volkswagon GTI ve Honda Fit avtomobilləri olub, hər birinin 30.000 dollardan aşağı dəyərə malikdir.

80 milyard dollarlıq sərvətə sahib Varren Baffet 2014 model Cadillac XTS maşınına sahibdir. Bu maşını ən böyük motor istehsalçısı General Motorsun CEO-su Mari Barranın təkidi ilə 55.000 dollara alıb. Lakin son 10 ildə xeyriyyə qurumlarına 25.000.000.000 dollardan çox yardım etdiyini nəzərə alsaq, istifadə etdiyi maşının heç bir dəyəri qalmır. Bundan əlavə cənab Varren daha əvvəl istifadə etdiyi 2006 model Cadillac DTS markalı maşınını qız uşaqlarını dəstəkləyən quruma bağışlamışdı.

Walmartın varisləri sırasında yer alan və qardaşı Sam Valtonla birlikdə Bill Qeyts və Varren Baffetdən daha çox sərvətə malik olan Cim Valton da sadə maşınlara üstünlük verənlərdəndir. Onun istifadə etdiyi maşının dəyəri 8.000 dollar təşkil edir və maşının markası Dodge Dakotadır.

1971-ci ildə qurduğu şirkətlə 45 milyardlıq bir sərvətə sahib olan və 5 milyard dollar ianə verən Bloomberg CEO-su Mişel Bloomberg dəyəri 40.000 dollar olan Chevloret Suburban markalı maşın istifadə edir.

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR