Slimfit
  1. MARAQLI

Dünyanın müxtəlif yerlərindən qəribə yemək qadağaları

Dünyanın müxtəlif yerlərindən qəribə yemək qadağaları
Sakura

Dünyanın müxtəlif yerlərindən qəribə yemək qadağaları

Ens.az xəbər verir ki, müxtəlif ölkələrdə bu məhsullar və ya əlavələr cəmiyyətin xeyrinə tərk edilmişdir.

Samsa

Somalidə Asiya xörəyi samsanı xristian məşəlli hesab edərək, ona qadağa qoyulub. Üçbucaq formasında olduğu üçün, onu müqəddəs üçlüklə müqayisə edirlər.

Saqqız

Sinqapurda artıq 20 ildən çoxdur ki, saqqıza qadağa qoyulub. (Ancaq apteklərdən almaq olar). Əsas səbəb metronun işində əngəllər olub: saqqız tez-tez qatarların qapılarında ilişib qalıb və onların hərəkətinə mane olub.

Qara dondurma

Nyu-Yorkda daxilində fəallaşdırılmış kömür olduğu üçün qara dondurmanı satmağa qadağa qoyulub. Bu şəhər hökümətinin fikrincə Rusiyada populyar olan dərman vasitəsi insan orqanizmində qəbzlik və susuzluq yaradır.

Cibdə dondurma

Əyər siz bazar günü Nyu-Yorkun küçələri ilə cibinizdə dondurma olaraq gəzmək istəyirsinizsə, bunu unudun! Bu qanunla qadağan edilib.

Kinder sürpriz

Amerikalıların şirniyyata kiçik bir «bəndi» var. Misal üçün, ABŞ-da siz heç yerdə «kinder sürpriz» tapa bilmərsiniz. Səhiyyə nazirliyi yeməli şokoladı plastiklə bir yerdə təsəvvür etmir.

Burgerlər

Bir sıra ölkələrdə, o cümlədən də Boliviyada, Makdonaldsın qidaları qadağandır, özüdə əhalinin müraciəti ilə.Bu ölkənin sakinləri dünya «sürüsünə» qatılıb burgerləri yemək istəmədi.

Qəlyanaltı kökələr

Danimarkada səhiyyə nazirliyi bütün dünyada məşhur olan taxıl çubuqları və minerallarla  kökələrə qadağa qoyub. Səhiyyə nazirliyi bunu bu qəlyanaltılarda ciyər və böyrək xəstəliklərinə səbəb olan maddələrin olması ilə izah edir.

Fuqa balığı

Rusiyaya səhv bişirildikdə ölüm təhlükəsi yarada biləcək Yaponiyanın Fuqa balığının gətirilməsi qadağan edilib.

Fua-Qra

Hindistanda ətraf mühitin və heyvanların mühafizəçilərinin şikayətləri əsasında Fua-Qra-nın ölkəyə gətirilməsi qadağan edilib. İş ondadır ki, fransadan gətirilmiş bu qidanı qaz və ördəklərə sərt şəkildə yedizdirmək lazımdır ki, buda öz növbəsində onların ciyərini dadlı edir.

Şokoladlı batonlar

İsveç Mars kompaniyasına «m&m» ticarət nişanından istifadə etməyə qadağan edib, ona görə ki, onun loqosu isveçlilərin daha çox sevdiyi «mondelez» şirkətinin loqosuna oxşayır.

Olestra

Fri kartof və çipslər üçün istifadə olunan bu yağın sintetik əvəzedicisi Kanadada qadağan edilib. Bu yağın tez-tez istifadə edilməsi mədə pozulması ilə nəticələnir.

Bromlaşdırılmış bitki yağı

İstifadəsi yanğınsöndürən kimi nəzərdə tutulmuş olsada, onu ətirli içkilərə qatırlar. Ancaq buna baxmayaraq amerikalılar yenədə bu ətirvericidən istifadə edirlər. Amma Avropa Birliyi bu tərkibə çoxdan qadağa qoyub.

Ev qızılbalığı

Bu cürə yetişdirmə növü təkçə Avstraliya və Yeni Zelandiyada qadağan edilib, ancaq  balığa çəhrayı rəng verən astaksantin maddəsi insan orqanizmi üçün çox zərərlidir.

Raktopamin

Heyvanların çəkisini artırmaq üçün sintetik əlavəedici – raktopamin Rusiyada qağan edilib, belə ki, o, piylənmə, spazm, baş ağrıları və hətta yuxusuzluq əmələ gətirir.

Absent

Hallüsinasiya və aqressiv davranış yaradan – absent tünd alkoqollu içkidir. O, ABŞ, Avstraliya və Yeni Zelandiyada qadağan edilib.

Rusiya Səhiyyə Nazirliyi şəkər və duz istehlakını tənzimləmək və spirt satışını məhdudlaşdırmaq üzrədir.  Bəzi ölkələrdə qida qadağaları ilə müqayisədə bu təşəbbüslər kifayət qədərdir.  Dünyanın müxtəlif yerlərində sizin üçün qəribə yemək qadağalarının qalereyasını hazırladıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR