Slimfit
  1. BİOQRAFİYA

Əbdürrəhman Vəzirov

Əbdürrəhman Vəzirov
Sakura

Əbdürrəhman Xəlil oğlu Vəzirov - SSRİ və Azərbaycan SSR dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan…

Əbdürrəhman Xəlil oğlu Vəzirov (d.  26 may 1930ŞuşaDQMVAzərbaycan SSRZSFSRSSRİ) — SSRİ və Azərbaycan SSR dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi (1988-1990), SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri; SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri

 

1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirmiş, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir.

 

Fəaliyyəti

1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılmışdır. Vəzirov bütün bunların qarşısını almaqda aciz olmuş, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməmişdir. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk etmiş və Moskvaya qaçmışdır. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdır. Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdır.

 

Əsərləri

  • Mənim diplomatik xidmətim (rus. “Моя дипслужба”)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR