Slimfit
  1. MƏDƏNİYYƏT

Əbülfəs Qarayev Mərakeşə gedib

Əbülfəs Qarayev Mərakeşə gedib
Sakura

Əbülfəs Qarayev Mərakeşə gedib

Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak etmək məqsədilə Mərakeşə gedib.

Nazirlikdən "Report"a bildirilib ki, toplantı oktyabrın 11-də ölkənin Rabat şəhərində başlayıb.

Azərbaycan sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

İclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Ə.Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkənin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və bu ilin oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin Azərbaycanın sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycanın sədrliyi çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə sədrliyi başa çatır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR