Slimfit
  1. CƏMİYYƏT

Əcnəbi vətəndaşlar Azərbaycanda necə evlənə bilər?

Əcnəbi vətəndaşlar Azərbaycanda necə evlənə bilər?
Sakura
:0

Əcnəbi vətəndaşlar Azərbaycanda necə evlənə bilər?

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu Azərbaycan vətəndaşlarının xarici ölkə vətəndaşları (əcnəbilərlə) və vətəndaşlığı olmayan şəxslərlə nikaha girməsi prosesi barədədir.

Ölkəmizdə son illərdə turist axınının olması nikaha girmə faizinin artmasına da səbəb ola bilər.


Azərbaycanda evlənmək istəyən əcnəbi vətəndaş nə etməlidir?

Femida.az -ın sorğusuna Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Ölkəmizdə evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslər nikaha daxil olmaq üçün qeyd olunan məsələlərdən əlavə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, ailə vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.

Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.

Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, Azərbaycan Respublikasının ərazisində nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə və Azərbaycan Respublikasının qanunvericiliyindəki tələbləri əməl olunmaqla müəyyən edilir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlar 1669 şəxs nikah bağlayıb. Onlardan 864 nəfəri kişi, 815 nəfəri qadındır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR