Slimfit
  1. GÜNDƏM

Əflatun Amaşov 7 aydır susur

Əflatun Amaşov 7 aydır susur
Sakura

Mətbuat Şurası aylardır məktubumuza cavab vermir

FAM Group Media MMC rəsmi olaraq 2018-ci ildə təsis olunmuşdur. Əsas istiqamətləri  İT və Media sahəsi olan qurumun bu istiqamətdə əsas fəaliyyəti  Ens.az saytı vasitəsilə həyata keçirilir. 

4 dildə xəbər və ensiklopedik məlumatlar təqdim edən  saytın yalnız informasiya bölməsinə istisnasız olaraq gündəlik 400-ə qədər xəbər yerləşdirilir.  Saytın içərisində artıq 25 mindən çox ensiklopedik məqalə möcvuddur. Aylıq səhifələnməsi bir milyondan çox olan, informasiya ilə yanaşı elm, səhiyyə, texnologiya və ümumi dünyagörüşü ilə bağlı maarifləndirici bilgilərin sayına və məzmun dəyərinə görə ölkəmizin internet məkanında öncül yerlərdən birini tutan Ens.az-ın əhatə arealı və populyarlığı günü-gündən artır. 

Bütün qanuni prosedurlara riayət edən, rəsmi qaydada hüquqi şəxs kimi qeydiyyata alınmış bu zəngin onlayn portal, ölkəmizdə mətbuat orqanlarının özünütənzimləməsini həyata keçirən Mətbuat Şurasına üzv olmaq üçün bu ilin fevral ayında rəsmi müraciət edib. Məktub qaydasında yazılı müraciətlə yanaşı, saytın rəhbəri Famil Ələkbərov Şurada görüş keçirib, saytın fəaliyyəti, funksiyaları və iş prinsipləri barədə geniş məlumat verib.

Həmin vaxtdan artıq 7 ay  keçməsinə baxmayaraq, Ens.az saytının müraciətinə heç bir cavab verilməyib. Mətbuat Şurasının özünün müəyyən etdiyi bütün şərtlərə və tələblərə, qoyulan standartlara tam cavab verən Ens.az saytının üzvlüyə alınması ilə bağlı bu süründürməçilik, laqeyd və səhlənkar yanaşma sadəcə təəccüb doğurur. Məsələ bundadır ki, ölkədə pandemiya ilə əlaqədar mart ayında karantin elan olunması ilə bağlı müxtəlif qurumların fəailiyyətində müəyyən məhdudiyyətlər də artıq xeyli vaxtdır ki, aradan qaldırılıb. Maraqlıdır ki,  Mətbuat Şurası vaxtaşırı öz saytında müxtəlif tədbir, iclas, görüşlər keçirilməsinə dair məlumatlar paylaşır. Lakin saytımızın rəsmi müraciətinə özünün müəyyənləşdirdiyi Nizamnamə ilə qoyulan müddətdən aylarla vaxt ötməsinə baxmayaraq heç bir cavab vermirlər. Zənglərimizə cavab verdikdə isə müxtəlif bəhanələrlə məsələni uzatmaqla, yola verməklə məşğuldurlar. 

Qəribə və gülməli hal həm də ondadır ki, müxtəlif internet saytlarının fəaliyyətinin monitorinqini həyata keçirməli olan Mətbuat Şurasının öz saytı borc səbəbindən bir müddət bağlanmışdı. Maraqlıdır,  müraciətlərə baxmaq qaydalarını kobud şəkildə pozan bu Şura başqa saytları hansı haqla mühakimə edə bilir?

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR