Slimfit
  1. AZƏRBAYCAN

Ekspert: Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır

Ekspert: Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır
Sakura

Ekspert: Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır

Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə internet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüzünü apardığı müqayisəli araşdırmadan sonra məlum olub.

“Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, “startap tender konsorsiumlarını” və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim”, – deyə o bildirib. 

Ekspertin hazırladığı nəticə isə aşağıdakı kimidir:

Qazaxıstan: 30-35 manat, 200–500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200–500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan:

30 manat – 5 mb/s (Aztelekom – ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat – 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat – 25 mb/s (Baktelecom – bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR